“Qara bazar”da da dollar satışına limit qoyuldu

dollar (5)Bankların ardınca “qara bazar”da da dolların satışına limit qoyulub

Qafqaznews.az xəbər verir ki, Fins.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Bakıda “qara bazar”da 1000 dollardan artıq valyuta satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda, dolların “qara bazar”da alış-satış qiyməti də bu gün artıb. 1 dolların satış kursu 1,76 manatdır. Alış qiyməti isə 1,75 manat müəyyən edilib.

Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə “bazarlıq” edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR