“Sədərək” Ticarət Mərkəzində yanğın olub

1474694578_1“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR