Səhiyyə Nazirliyi ictimaiyyəti aldadır?

hekimUcar RMX-dəki ölüm hadisəsi ilə bağlı nazirliyin açıqlaması mərhumun yaxınlarını qane etmir…

Sentyabrın 14-də saat 11 radələrində 1992-cı il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində dünyasını dəyişib.

Bu barədə Qafqaz Xəbər Agentliyinə danışan mərhumun qohumu Azər Purqafari bildirdi ki, R.Ələkbərov səhər soyuqlama və yüngül qızdırmadan Ucar RMX-nin təcili yardım şöbəsinə gəlib. Orda sistem vurulduqdan sorna halı pisləşib və dünyasını dəyişib.

O, xəstənin ölümündə şöbə müdiri Ramil Tağızadəni və baş həkim Zeynal Bayramlını günahlandırıb. Onun sözlərinə görə, Yevlaxdan gələn həkimlərlə birlikdə mərhumun cəsədi təşrih olunub və hazırda Məhkəmə-Tibbi Ekspertizasının rəyi gözlənilir.img-20160914-wa0029

“Ucar Rayon Prokurorluğu işi araşdırır. İdmançı və heç bir xəstəliyi olmayan bir gənci qısa zamanda ölümə sürüklədilər. Yaxın zamanlarda onun anası mətbuat konfransı keçirəcək”, – deyə A.Purqafari əlavə etdi.

Qafqaznews.az Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladı. Nazirlik əməkdaşı Səfayə Əhmədova Qafqaznews.az-a bildirdi ki, hazırda prokurorluq araşdırma aparır deyə, geniş məlumat verilə bilməz.

“Bir gün əvvəl xəstə kəskin tənəffüs çatışmazlığı və hərarətlə xəstəxanaya gətirilib. Lakin, valideynlərinin təkidi ilə xəstəxanada qalmayıb, ambulator yardım göstərildikdən sonra evə aparılıb. Hadisə baş verən günün səhəri yenidən ağırlaşdırılmış vəziyyətdə xəstəxanaya gətirlib. Ondan sonra xəstəni xilas etmək mümkün olmayıb”, – deyə S.Əhmədova bildirdi. Biz mərhumun qohumundan S.Əhmədovanın sözlərini şərh etmimg-20160914-wa0028əyi xahiş etdik.

“Tamamilə yalan məlumatdır. Onun heç bir ciddi problemi olmayıb. İdmançı oğlan idi, Dağıstan Universitetində təhsil alır, ora getməyə hazırlaşırdı. Azca soyuqlaması var idi, dostları ilə geyim alandan sonra gediblər təcili yardım şöbəsinə. Ramil həkim dalbadal iki sistem vurub, ondan sonra bu vəziyyətə düşüb.  Rəhim Ələkbərovun bir gün qabaq təcili yardıma gətirilməsi barədə açıqlama həqiqətə uyğun deyil və həkimləri müdafiə etməyə hesablanıb”, – deyə A.Purqafari bildirdi. Rəhim Ələkbərovun qohumu Canbaba Baxışovun sözlərinə görə, Ucar RMX-də sonradan Rəhim Ələkbərovun adını kitaba salaraq, guya gecə 02:30-da gətirildiyini qeyd ediblər.

img-20160914-wa0024“Ramil doktor deyir ki, guya Rəhim vərəm olub. Halbuki, tamamilə sağlam idi. Biz Cənab Prezidentdən xahiş edirik, bu məsələni nəzarətə götürsün”, – deyə C.Baxışov vurğuladı.

Mərhumun əczaçı olan dostu Orxan Məmmədov isə bildirdi: ““O, idman edirdi, tərləyirdi, soyuqdəyməsi olması normaldır. Amma vərəmi yox idi. Rentgen nəticəsi prokurorluqdadır. Qan analizi çıxmadan həkim sistem qoyub. Bir də ki, harda görülüb ki, prob qoymadan antibiotik vururlar? Mən soruşdum ki, doktor, prob qoymusuz? Dedi ki, nəyə lazımdır, heç nə olmaz. Sonra sistem qoyuldu. İkinci sistem vaxtı Rəhim narahat oldu, Ramil doktor dedi ki, tərpənmə, hərəkət eləmək olmaz. Bir az sonra isə Rəhim çabaladı və tənəffüs çatışmazlığından ciyəri partladı. Ağzından qan gəlirdi. Gətirdik reanimasiyaya, Ramil doktor dedi ki, düş aşağı dərmanlarımı gətir. Mən çıxdım, amma hansı dərmanı götürəcəyimi bilmədiyim üçün geri qayıtdım. Qayıdanda gördüm həkim qaçıb. Sən Hippokrat andı içmisən, xəstəni niyə qoyub qaçırsan? Onun vərəmi yox idi, bir daha təkrar edirəm, bir neçə gün əvvəl bir yerdə futbol oynamışdıq. İdmançı, sağlam oğlan idi””.

 

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR