Şəmkirdə Mirhaşım adlı falçı Şəmkir polisinə arxalanır-Araşdırma

file-20160911-0744wf6tznca68x6Azərbaycanda həmişə fırıldaq mollalar ,falçılar olub.Bu gün isə birazda adlarını dəyişib daha müasir variantda dələduzluqla məşğuldular.Ekstrasens,görücü,parapsixoloq…Yadıma Dərvişin Parisi cinlərin köməyi ilə partlatmağı düşdü l amma dediyim dərviş 19 -cu əsrdə idi 21-ci əsrdə  bu qədər cahil olmaq adama qəribə gəlir.BakuPress.az saytına daxil olan mənbələrdə deyilir ki, Şəmkirdə Mirhaşım adlı seyid ləqəbli bir fırıldaqçı falçı peyda olub.Hətta qapısında günlərlə növbə olur.Avam insanlar bütün günü növbədədirlər.Üz tutduq Şəmkir rayonuna Mirhaşımın ünvanına Şəmkirdə hər kəs baxıcı Mirhaşımın evini gözüyumulu tanıyır.Əlqərəz Mirhaşımın qapısına çatanda heyrətdən duruxdum düzü ali təhsil aldığıma əziyyətimə evsiz eşiksiz özümə yazığım gəldi bir anlıq falçılıq könlümdən keçdi ki,bəlkə belə bir sarayım olmasada balaca bir evim ola…Sanki ev yox bir şah sarayının qarşısında dayanmışdım.Birinci gün seyidi tapa bilmədik ikinci gün mühafizəçilər bizi qarşıladı və gözləmə otağına yollandım.Demək burda gözləyən adamlar hamisi fala baxdırmağa,dua yazdırmağa,əməl etməyə gəlmişdilər.Özümü onlardan biri kimi təqdim edərək maraqlandım hər birindən seyid neçəyə baxir,dedilər 10 manatdan başlayır baxmaq əməl dua yazsa onların qiyməti fərqlidir onun aşağısı 100 manatdan başlayır.Heyrətdən donub qalmışdım,ən dəhşətlisi bu idi ki, ali təhsilli müəllimə  seyidin yanına gəlib ki ,uşağım xəstədir onu Bakıya aparım ya burda qalsın müalicə alsın buna baxsın nə çixacaq onuda edim.Cəmiyyətin müəllimi cahildirsə vay bu cəmiyyətin halına…

Nəhayət ki,düşdüm seyidin qəbuluna məni görən kimi dedi nəyə baxdıracaqsınız xanım dedim  ki,siz falçı olsaydınız bilərdiniz mən kiməm niyə gəlmişəm.Mirhaşım müəllimə onun əməlinin cinayət oduğunu cənab nazir Ramil Usubovun ekstranses ,falçılıq,görücülüklə məşğul olanların dərhal saxlanılması barədə əmrini xatırlatdım.Lakin oğru elə bağırdı ki,doğrunun bağrı yarıldı.Dedi mən ekstranses kimi vergi ödəyirəm,polisədə aylıq haqqımı verirəm heç kəs mənə heçnə edə bilməz.Nə istəyirsiniz yazın,çəkin mənə dəxli yoxdur.Ordan birbaşa polis idarəsinə üz tutduq nə polis rəsini nə müavinləri tapa bilmədik.Düz iki gün .Şəmkir rayon polis rəisi Cəmil Əmirovu və onun müavinlərini araşdırmamız üçün gəzdik ki,Mirhaşımın dediyinə aydınlıq gətirək suallarımıza cavab tapaq nə rəis tapdıq nə cavab…

Xatırladaq ki,Cəmil müəllim nazirin əmri ilə keçən il Şəmkir RPİ -sinə rəis təyin olunub.Üz tutduq Şəmkir rayon təhsil şübəsinə təhsil şöbə müdiri Məcid Şıxlinskidə bizi qəbul etməyə vaxtı olmadı.Ay Məcid müəllim, müəllimlərinin falçılarda gün keçirirsə sizdə hansı təhsildən danışmaq olar.Bir sözlə Şəmkirdə heç bir məmuru yerində tapmaq olmur.Ya gərək Mirhaşıma dua yazdırasan qəbula düşəsən ya da başına çarə tapasan…Bir sözlə araşdırmamız davam edir gələn sayımızda bizi izləyin.

bakupress.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR