Salyanda 3 otaqlı ev yandı – VİDEO – FOTO

yangin-2Hadisə Salyan şəhəri Ağa Mirbağırağa küçəsi, dalan 4 ünvanında qeydə alınıb.

ARB Cənub xəbər verir ki, həmin ünvanda yaşayan 53 yaşlı Məmmədrza Nəcəfova məxsus 3 otaqdan ibarət fərdi yaşayış evi anidən alovlanmağa başlayıb.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna bağmayaraq ümumi sahəsi 90 kvadratmetr olan evin 60 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

yangin-3 yangin-4 yangin-5 yangin-6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR