SOS: Bakıda 160 ev təhlükədə – Video

fonavtovagzal-cokme-1-1Yağışlı hava sürüşmə zonasında aktivliyi artırıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov nisbi aktivliyin ən çox Zığ sürüşmə sahəsində müşahidə olunduğunu deyib.

Qəsəbədə torpaq qatında və evlərin divarındakı çatlarda bir qədər də olsun böyümə müşahidə edilir. Sürüşmənin nisbətən aktivləşməsinə səbəb payız-qış aylarında yağıntının çox olması göstərilir.

Qəsəbə sakinləri isə xəzər xəbər-ə məlumat verərək 150-160 evin hazırda sürüşmə təhlükəsi ilə üzləşdiyini bildiriblər. Bəzi evlərin divarı, bir çoxunun isə hasarı uçub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR