Vəkil: “Formula-1″in yeddiqat dünya çempionu sərbəst yeriyə bilmir”

847f8430-3bf1-4789-aa62-43b0224bb9e6_292“Formula-1″ yarışının yeddiqat dünya çempionu Mixael Şumaxer hələ sərbəst yeriyə bilmir”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu 47 yaşlı M.Şumaxerin vəkili Feliks Damm bildirib.

Onun sözlərinə görə, dünya çempionu assistentin yardımı ilə yeriyir, əllərini tərpədir.

Mixael Şumaxer 2013-cü ilin sonunda Fransada Alp dağında dağ-xizəyi sürərəkən başı daşa dəyib. Aldığı kəllə-beyin travması nəticəsində komaya düşüb. O, 2014-c ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, onun müalicəsi 2014-ci ilın sentyabrından İsveçrədəki evində davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR