Vəkillər jurnalistə qarşılıqlı iddia qaldırmağı təklif edirlər

vekilAvqustun 30-da Legion İnformasiya Agentliyinə Nərimanov Rayon Məhkəməsindən məktub gəlib. Həmin məktubda bildirilir ki, “İlin Dörd Fəsli” MMC Legion İnformasiya Agentliyi və jurnalist Rüfət Əhmədzadəyə qarşı şirkə8040212782149_186628001710601_1248561291_n-300x200tin işgüzar nüfuzuna ziyan vurmaq ittihamıyla iddia qaldırıb. Şirkətin bu iddiası iyulun 15-də Legion.az saytında dərc olunan ““Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” adlı məqalə ilə bağlıdır.

4m0lohzy78gBu məqalədə müəllifin yalnış məlumat verərək və Akif Əliyevin sözlərini təhrif edərək cəmiyyəti aldatdığını, “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edən şirkət rəhbərliyi jurnalist Rüfət Əhmədzadədən və “Legion İnformasia Agentliyi” MMC-dən 243 min 367 manat tələb edir. “İlin Dord Fəsli” MMC öz məhkəmə iddiasında bildirir ki, guya Akif Əliyev “binaların çökməsi barədə” heçnə deməyib, lakin Qafqaz Xəbər Agentliyi tərəfindən «Youtube» da yerləşdirilən audio tam əksini təsdiq edir. Akif Əliyev aydın şəkildə təsdiq edir ki, “Yeni Bakı” da binalar çökür.

Sentyabrın 20-də “Legion İnformasiya Agentliyi” MMC-nin direktoru Mikayıl Balayev Qafqaznews.az-a bildirdi ki, onun rəhbərlik etdiyi şirkətə qarşı qaldırılan iddia qanunsuzdur. “Bizim şirkətimiz, yəni, “Legion İnformasiya Agentliyi” MMC 2016-cı il iyulun 25-də təsis olunub. Həmçinin, biz Legion.az domenini iyulun 28-də “İname” şirkətindən 40 manata əldə etmişik. Hakim Fuad Abdıyev bu faktı nəzərə alaraq məhkəmədə bu işə baxa bilməz.13324230_1721854018074468_1429152754_o-1

3234Məsələ ondadır ki, iyulun 15-də Legion.az-da dərc olunmuş yazıya görə, biz cavabdehlik daşımırıq. Bizim agentlik 25.07.2016- cı ildə yaradılıb, iyulun 28-dən etibarən Legion.az saytında dərc olunan yazılara görə cavabdehlik daşıyırıq. Bu barədə məhkəmə iddiasından əvvəl bizimlə əlaqə saxlayan “Azlegal” hüquq firmasının əməkdaşına da bildirmişdik.logo_site_az-1

Hüquqşünas Emin Quliyevin sözlərinə görə, “İlin Dörd Fəsli” MMC onun çalışdığı şirkətə iddia ərizəsi üçün müraciət edib. “Sonra bu işi hansı hüquqşünasa tapşırıblar məlumatım yoxdur”, – deyə hüquqşünas bildirdi (qafqaznews.az).

Emin Quliyevin Kavkaznews.az-a bildirdiyinə görə, o bu gün şirkətin rəhbərliyi ilə danışıb. Bu iddia “İlin Dörd Fəsli” şirkətinin hüquqşünasları tərəfindən irəli sürülüb. Biz yalnız sorğuların hazırlanmasında iştirak edirdik. Bu gün bizim “İlin Dörd Fəsli” ilə heç bir əlaqəmiz yoxdur”, – deyə Emin Quliyev bildirib.

“Onun fikirləri təhrif olunduğuna görə yalnız Akif Əliyev özü iddia irəli sürə bilər. Mülki məcəllənin 23-cü maddəsinə əsasən yalnız baş memar özü belə iddia ilə çıxış edə bilər”, – deyə tanınmış vəkil Elçin Sadıqov Kavkaznews.az-a bildirib.elchin

cms-image-000002510 Başqa bir tanınmış vəkil Elçin Qəmbərov Legion İnformasiya Agentliyinə “İlin Dörd Fəsli” şirkətinə qarşı qarşılıqlı iddia ilə çıxış etməyi təklif edib. “Siz axı məlumatlara və baş memarın dediklərinə istinad edirsiniz. Qarşılıqlı iddia qaldırın, məhkəmədə isə “İlin Dörd Fəsli” -ndən sizin həqiqətən baş memarın fikirlərini təhrif etdiyiniz barədə sübutlar təqdim etməyi tələb edin”, – vəkil məsləhət görüb.

 Mahmud Suanlı

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR