Almaniyada bort bələdçilər etiraz etdi – 380 reys təxirə düşdü

germany_airport_strike_271016Almaniyanın “Eurowings” və “Germanwings” aviaşirkətlərinin bort bələdçilərinin gecə başlayan tətili təxminən 380 reysin təxirə salınmasına səbəb olub.

Trend xarici mətbuata istinadən məlumat verir ki, etiraz aksiyası “Lufthansa” konserninin büdcəsini təhlükə altına atıb. Belə ki, “Eurowings” və “Germanwings” aviaşirkətləri onun törəmələri sayılır.

Təxirə salınan reyslər arasında Berlindən Moskvaya olan reyslər də var.

Tətilə bort bələdçilərinin müstəqil həmkarlar təşkilatı çağırıb. Etirazın səbəbi əmək şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbi ilə bağlıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR