Azərbaycan MDB-də ən təhlükəsiz ölkədir – Hesabat

261417Azərbaycan MDB-nin ən təhlükəsiz ölkəsidir. Beynəlxalq İqtisadi Forumunun hazırladığı hesabatda belə deyilir
Forumun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reytinq cədvəlini hazırlayıblar. Reytinqdə 141 ölkə yer alıb. Ekspertlərin fikrincə, dünyanın ən təhlükəsiz ölkəsi Finlandiyadır. İkinci yerdə Qətər, üçün pillədə Birləşmiş Ərəb Əmirlikləridir. Ən təhlükəsiz ölkələrin ilk “beşliy”ində İslandiya və Avstriya da var.

Azərbaycan reytinq cədvəlinin 36-cı pilləsindədir. Bu, MDB məkanında ən yaxşı, postsovet məkanında isə üçüncü nəticədir. Keçmiş sovet respublikalarından Azərbaycanı yalnız Estoniya və Gürcüstan qabaqlayır.

Reytinq hazırlanarkən ölkədə terrorizm də daxil olmaqla cinayətkarlığa qarşı mübarizə, əhalinin hüquq-mühafizə orqanlarına etimadı, asayiş keşikçilərinin vətəndaşları necə qoruması və digər meyarlar nəzərə alınıb.(APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR