Çempionlar Liqasının III turunun oyunları keçiriləcək

283eb523-209f-47bf-868f-011897b12f0cBu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları keçiriləcək.

“Report”un məlumatına görə, turun ilk oyun günündə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.

Rusiyanın ÇSKA klubu Fransa “Monako”sunu qəbul edəcək. Meydan sahibləri qələbə qazanarsa, qrupdakı vəziyyətini xeyli yaxşılaşdıracaq. Hazırda ÇSKA 1 xalla 4-cü pillədədir. Qrupun digər oyununda isə İngiltərənin “Tottenhem” klubu Almaniyada “Bayer”lə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası, qrup oyunları, III tur

18 oktyabr

E qrupu

22:45. ÇSKA (Rusiya) – “Monako” (Fransa)

22:45. “Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Monako” – 4. “Tottenhem” – 3. “Bayer” – 2. ÇSKA – 1.

F qrupu

22:45. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

22:45. “Real Madrid” (İspaniya) – “Legiya” (Polşa)

Xal durumu: “Borussiya” – 4. “Real Madrid” – 4. “Sportinq” – 3. “Legiya” – 0.

G qrupu

22:45. “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

22:45. “Brügge” (Belçika) – “Portu” (Portuqaliya)

Xal durumu: “Lester” – 6. “Kopenhagen” – 4. “Portu” – 1. “Brügge” – 0.

H qrupu

22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya)

22:45. “Lion” (Fransa) – “Yuventus” (İtaliya)

Xal durumu: “Yuventus” – 4. “Sevilya” – 4. “Lion” – 3. “Dinamo” – 0.

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sabah olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR