Estoniyada ilk qadın prezident

img2208367Oktyabrın 3-də Estoniya parlamenti Kersti Kalyulaydı ölkə prezidenti seçib
O, 101 nəfərlik parlamentdə 81 deputatın səsini alıb. Kersti Kalyulayd Estoniyanın ilk qadın prezidentidir.
Novator.az bildirir ki, Kersti Kalyulayd 1969-cu ildə Tartu şəhərində anadan olub. 1992-ci ildə Tartu Universitetinin biologiya fakültəsini bitirib, 2001-ci ildə həmin universitetdə biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb, 2007-ci ildə doktor dərəcəsinə yüksəlib.
Kersti Kalyulayd müxtəlif illərdə baş nazirin iqtisadiyyat üzrə müşaviri postunda çalışıb, enerji sistemində rəhbər postlar tutub, 2004-cü ildən Avropa Hesablama Palatasının üzvü olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR