Misirdə leysan həyatı iflic edib

img2231018Misirdə güclü yağışlar çox sayda insanın həyatına son qoyub, onlarla insan isə xəsarət alıb.
Musavat.com xarici KİV-lərə isinadən xəbər verir ki, ölkənin cənubunda Səfaqa Kena magistralında avtobus qəzası nəticəsində azı 6 nəfər ölüb, 24 nəfər isə  xəsarət alıb. Qəzaya səbəb sel sularının yolu yuması göstərilir.  Məlumata görə, Əsyut əyalətində elektrik dirəklərinin aşması nəticəsində daha doqquz nəfər həyatını itirib. Bildirilir ki, Misir hökuməti təbii fəlakəti aradan qaldırmaq üçün təcili tədbirlər görür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR