Müşfiqabada meteorit düşüb? – Sakinlər narahatdır (FOTO)

14787041_1778306165762586_136258268_o “Yolun ortasında açılan çala 15 gündür bağlanılmır, yağışlardan sonra isə bərbad vəziyyət yaranıb”

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi bina 8-də yaşayan İntiqam Həsənov Qafqaz Xəbər Agentliyinə müraciət edib. O, Müşfiqabad qəsəbəsinin mərkəzi küçəsində 15 gün əvvəl “Azərsu” tərəfindən başlayan qazıntı işlərinin yarımçıq buraxıldığını, leysan yağışlardan sonra isə bərbad mənzərə yarandığını deyib.14795710_1778306059095930_930862876_o

“Mərkəzi küçə bərbad hala düşüb. Kanalizasiya sistemi bərbaddır. Kənardan baxanda elə görünür ki, sanki qəsəbəyə meteorit düşüb. Əsas nəqliyyat olan küçədir, amma bu çalaya görə hərəkət iflic vəziyyətə düşüb. Qəsəbə icra nümayəndəsi Coşqun Bayramova nə qədər müraciət etsək də, bir nəticəsi yoxdur. Ümumiyyətlə, qəsəbədə su-kanalizasiya sistemi çox bərbad haldadır. Yaşadığımız bina 8 və digər binaların zirzəmiləri kanalizasiya suyu ilə doludur. Vaxtaşırı zirzəmilərdən suyu çəkib yaxınlıqdakı parka buraxırlar. Amma problemləri aradan qaldırmaq üçün ciddi tədbir görülmür.14796250_1778305989095937_489638357_o

Sakinlər bu laqeydlikdən təngə gəliblər”, – deyə İ.Həsənov qeyd etdi. Qaradağ Su-kanal İdarəsinin mühəndisi İlyas Əsədov Qafqaznews.az-a bildirdi ki, Müşfiqabad qəsəbəsi 3 rayonun ərazisinə düşür – Abşeron, Binəqədi və Qaradağ rayonları.

14799899_1778305792429290_874993229_o“Mən öyrənərəm, əgər həmin çala bizim idarə tərəfindən qazılıbsa, lazımi tədbirlər görülər. Sözügedən binanın sakinləri ilə də əlaqə saxlayarıq”, – deyə İ.Əsədov söz verdi. Biz Müşfiqabad qəsəbə icra nümayəndəsi Coşqun Bayramova dəfələrlə zəng etsək də, zəngimizə cavab verən olmadı. Müşfiqabad İcra Nümayəndəliyində kargüzar Aytən xanım (soyadını bildirmədi – red.) bildirdi ki, C.Bayramov ərazidədir. Biz vətəndaşın şikayətini bildirdikdə, Aytən xanım belə cavab verdi: “Siz dediyiniz məsələdən məlumatım var. Deyəsən, orda indi iş aparılır”.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR