“Notarius məsuliyyətə cəlb olunmalıdır”

not“Asan xidmət”in yaradılması ilə Azərbaycanda yaşayan vətəndaşlar əmin idilər ki, bu qurumun fəaliyyəti ölkədə korrupsiya səviyyəsini azaldacaq. Lakin bu heç cürə baş vermədi. Ona görə ki, bir çox məmurlar “qədim adətlərindən” vaz geçməyərək, əvvəlki kimi həmvətənlərinin hesabına varlanmağa davam edirdilər. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Lalə Dadaşeva müraciət edib. Lalə Dadaşovanın sözlərinə görə o, 1996-ci ildə Araz Dadaşev ilə nikaha daxil olub.

“Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi” –deyə o, Kavkaznews.az-a bildirib. Lalə Dadaşevanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib. “Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”, – deyə Lalə Dadaşeva Kavkaznews.az-a məlumat verib.

Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşeva avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində bu müqaviləni ləğv edib. “Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşev evin alqı-satqısını həyata keçirdi.Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən keçirilib”,-Lalə Dadaşeva bildirib. Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşev boşanma iddiası qaldırıb.view_new

“2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq” –deyə o, Kavkaznews.az-a bildirib. Araz Dadaşevun Lalə Dadaşeva ilə birgə yaşayış zamanı aldığı evi satmaq hüququ varmı? “Əgər mülkiyyət nikah zamanı alınıbsa, onun satışı zamanı mütləq Lalə Dadaşevanın razılığı əldə olunmalı idi”, – deyə vəkil Elçin Sadıqov Kavkaznews.az-a bildirib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun bizə bildirdiyi kimi, nikah dövründə əldə edilmiş mülkiyyətin satışı zamanı hər iki tərəfin razılığı olmalıdır.staff_20160208035801

“Tərəflərdən birinin razılığı olmadan bağlanan alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Bu müqaviləni bağlayan notarius isə məsuliyyətə cəlb olunmalıdır”,-deyə Vəkillər Kollegiyasının sədr müavini bildirib. Doğrudanmı Lalə Dadaşeva həyat yoldaşına verdiyi baş etibarnaməni “Asan Xidmət”də ləğv edib?

Biz bu sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşlarına vermək qərarına gəldik. sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşı İlqar Sultanov Lalə Dadaşevanın sözlərinin doğruluğunu təsdiqləyib. İlqar Sultanovun bildirdiyi kimi, Baş etibarnamənin ləğv edilməsi haqqında məlumat elektron məlumat bazasına daxil olur. “Bu bazada Araz Dadaşevun bağladığı bütün müqavilələr öz əksini tapır”,- deyə İlqar Sultanov Kavkaznews.az-a məlumat verib.

102200094069Məşhur vəkil  Əsabəli Mustafayevin bizə bildirdiyinə görə, alqı-satqı müqaviləsi bağlandığı zaman, notarius mütləq bağlanmış müqavilələr haqqında elektron məlumat bazasını yoxlamalı idi. “Bu baza elə müqavilələrin bağlanması zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlamaq üçün yaradılıb”, – deyə Əsabəli Mustafayev Kavkaznews.az-a bildirib. Tağıyev küçəsi ev 5 ünvanında yerləşən evin alqı-satqısı barədə müqaviləni bağlayan 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov alqı-satqı zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlayıbmı? Sualımıza cavab almaq üçün biz Nadir Vədətovun özünə müraciət etdik.

“Araz Dadaşovun evi satmaq üçün baş etibarnaməsi var idi”,- deyə notarius bizə bildirdi. “Siz bu etibarnamənin qüvvədə olub-olmadığını yoxlamışdınız?”,-jurnalistimiz soruşdu. Təəssüf ki Nadir Vədətov sualımıza cavab vermədi və dəstəyi asdı.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR