Pan Gi Mun dünya dövlətlərini ölüm hökmünün ləğvinə səsləyib

1458941774_9963758d137ecc106f9b519d20861585BMT-nin Baş katibi Pan Gi Mun ölüm hökmünə qarşı çıxaraq, edamları ləğv etməyə çağırıb

Qafqaznews.az Report-a istinadən xəbər verir ki, o, edam hökmü hələ də mövcud olan 65 dövlətə müraciət edib.

O, edam hökmü vasitəsilə terrorçuluğa qarşı mübarizə aparılması fikiri ilə razılaşmadığını bildirib.

Baş katib istənilən şəraitdə və yerdə ölüm hökmünün ləğvi istiqamətində fəaliyyəti davam etdirməyə çağırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR