PFL prezidenti Messi ilə Ronaldonu müqayisə etdi

3254f38a6b1937caf924add865987e88Lionel Messi – Kriştianu Ronaldo müqayisəsi davam edir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, məsələ ilə bağlı İspaniya Peşəkar Futbol Liqasının (PFL) Xavyer Tebas da öz fikrini bildirib.

 

Tebas “Real”lı ilə “Barselona”lının müqayisəsi zamanı üstünlüyü Messiyə verdiyini bildirib: “Hər ikisi möhtəşəm futbolçudu. Onlar təkcə La Liqaya yox, bütün dünya futboluna rəng qatırlar. Amma mütləq birini seçmək məcburiyyətində qalsam, Messiyə üstünlük verərəm. Çünki o, fövqəladə səviyyəli futbolçudu”.

 

Qeyd edək ki, Lionel Messi 5, Kriştianu Ronaldo isə 3 dəfə dünyada ilin futbolçusu seçilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR