Qarabağ qazisi: “Mənzilimin orderinin əslini Ucar RİH-də gizlədirlər” FOTO

20161024_111045İlham Həsənova 1993-cü ildə verilmiş mənzili ağdamlı məcburi köçkünlər hansı əsasla zəbt edib?

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Ucar sakini, Qarabağ müharibəsi veteranı İlham Əmiraslan oğlu Həsənov  bildirib ki, 1993-cü ildə ona DİN-in təqdimatı əsasında Ucar RİH tərəfindən verilən dördotaqlı mənzil Ağdam rayonundan olan məcburi köçkün Ərəstun Əşrəf oğlu Abbasov tərəfindən zəbt olunub.

Onun sözlərinə görə, o, hələ cəbhədə olarkən, ona Ucar rayonu H.Əliyev prospekti ev 134 mənzil 4 ünvanı verilib.14881171_320187015021365_1311112568_o

“Lakin o vaxtkı RPŞ rəisi Şahin Hümbətəliyevin təklifi ilə, Ərəstun Abbasovun valideynlərinin öz mənzilimdə müvəqqəti məskunlaşmasına icazə verdim, ailəmi isə valideynlərimin yanında yerləşdirdim.  22 dekabr 1993-cü il tarixli orderin surəti də var məndə, amma onun orijinalını Ucar RİH-də gizlədirlər.

“DİN-in 27. 09. 1993-cu il tarixli 3538 nömrəli məktubu və  Ucar RPŞ-nin 22. 12. 1993-cu il tarixli, 189 nömrəli sərəncamı əsasında Ucar şəhərində, Ucar rayon polis işçiləri uçun 11 ailəlik yaşayış binası tikilərək polis işçilərinə verilmiş20161024_110747dir. Həmin binadan mən – Həsənov İlham Əmiraslan oğluna da, işimdəki əzmkarlığa və Qarabağda döyüş zonasında bir rota komandiri kimi döyüşlərdə şücaətimə görə 4 otaqlı mənzil verilmişdir. Həmin bina 1993-cü ildən Ucar rayon icra hakimiyyətinin balansındadır və Ucar RİH-nin 22. 12. 1993-cu il tarixli 189 saylı sərəncamı ilə  Ucar RİH-nin mənzil  komissiyasının 02. 12. 1993-cu il tarixli 3 saylı iclasının qərarı ilə təsdiq edilmiş və 22. 12. 1993-cü il tarixdə mənim və ailə üzvlərimin adına 133 nömrəli order yazılmışdır.20161024_110820

Həmin vaxtlar mən 1994-cu ilin iyun atəşkəsinə qədər, döyuş bölgələrində rota komandiri rutbəsində daimi xidmət etməyimlə əlaqədar  azyaşlı uşaqlarım anaları ilə birlikdə, valideynlərimin yanında qalırdılar. Mən döyüş bölgəsindən qayıtdıqdan sonra, mənzilimdə Ağdamdan olan məcburi köçkün Abbasov Ərəstun Əşrəf oğlunun ailəsinin məskunlaşdığının şahidi oldum. Dövlətimizin məcburi köçkünlərə qarşı  humanist siyasətinə görə, mən bu illərə kimi onları öz mənzilimdən çıxara bilmirdim. Lakin dövlətimizin məcburi köçkünlər uçun yaratdığı şəhərciklərdən ,onların yeni mənzillərlə təmin  olunduğunu gördükdən sonra, mən mənzilimdəki məcburi köçkün Ərəstun Abbasovun da mənzilimi boşaltmağı ondan xahiş etdim. O, mənim mənzilimi boşaltmaq üçün məndən 25 min manat pul istəyir, ya da, deyir ki, mənə ev lazımdırsa, Ağdamdakı onun evini ermənilərdən alıb yaşayım.

14813101_320186905021376_698622718_oOna görə də, Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət etdim.Lakin Sirvan İnzibati-İqtisadi məhkəməsinin hakimi Elxan Əmrəliyevin gəldiyi qərara görə mənim adıma orderin olmasına baxmayaraq, hazırda həmin mənzildən istifadə edən Ağdam məcburi köçkünü olduğu üçün mənim adıma mənzil kirayə müqaviləsi bağlana bilməz. Həmin yaşayış sahəsi boş olduğu halda mənim  iddiam  mumkun sayıla bilər. Hazırda Oğuz RPŞ rəisi olan Tahir Quliyev məni və yoldaşımı 2015-ci il yanvarın 13-də qeydiyyatdan çıxarıb. Hazırda özüm işləməsəm də, həyat yoldaşım və uşaqlarım qeydiyyatsızdırlar və bu, onlara böyük problem yaradır. Mənzil hələ də RİH-in balansındadır, amma nədənsə, mənim o mənzilə olan hüquqlarımı tanımaq istəmirlər. Ərəstun Abbasov hələ də Ağdam qeydiyyatındadır və bacısı ilə qardaşı Bərdə və Bakıda mənzil alıblar, özünün də Quzanlıda yanacaqdoldurma məntəqəsi var. Amma mə14618655_320186915021375_522435733_onim mənzilimdən çıxmaq istəmir”, – deyə İ.Həsənov qeyd edib.

Qafqaznews.az məsələyə aydınlıq gətirmək üçün, Ucar RİH başçısının müavini Şəhla Abdullayeva ilə əlaqə saxladı.

“Məsələdən xəbərim var. İlham Həsənov dəfələrlə burda olub. Onun orderini ovaxtkı icra başçısı Rəşid Mehdiyev təsdiq etməyib. Onda mənzil komissiyasının protokolu var. 2012-ci ildə bizi məhkəməyə verdi, məhkəmə qərarından sonra, ona order verdik. Amma Ərəstun Abbasov Apellyasiya şikayəti verib orderi ləğv etdirdi. Başçı ona yol göstərdi, dedi get məhkəmə ilə məsələni həll et, başqa nə edə bilərik”, – deyə Ş.Abdullayeva bildirdi.

“Həmin mənzil RİH-in balansındadır?” – deyə soruşduqsa da, Şəhla Abdullayeva “Mən sizinlə danışmaqda düz eləmirəm, heç nə deyə bilmərəm”, -deyib suallarımıza cavab verməkdən imtina etdi. Ucar RİH-in hüquqşünası Xəyyam Səmədzadə də bu mənzilin hansı qurumun balansında olduğunu deyə bilmədi.

14808118_320186885021378_1192983253_o“Onun orderini Rəşid Mehdiyev imzalamayıb, getsin, onu məhkəməyə versin. Müharibədən gələndən sonra gedib Rusiyaya, maraqlanmayıb, neçə il sonra yadına mənzil düşüb… Məhkəməyə təqdim etdiyi order də, Ərəstun Abbasovun dediyinə görə, saxtadır. Amma onun özündn soruşun. Deyəsən, bu barədə prokurorluğa müraciət edib. Qeydiyyat məsələsi isə bizlik deyil, onu RPŞ-nin keçmiş rəisi çıxarıb. Bununla bağlı, İlham Həsənov daxili işlər nazirinin də qəbulunda olub. Biz ona hər cür kömək etmişik, məhkəmə işlərində də, vəkil tutmağa da ona maddi yardım etmişik. Amma özü istəmir əziyyət çəksin, başqa yol tutub”, – deyə X.Səmədzadə bildirdi.

X.Səmədzadə bizdən dəfələrlə fikirlərinin dərc olunmamasını xahiş etsə də, sözlərinə ittiham faktları olduğunu əsas götürərək, dərc etməyi və İlham Həsənovun da fikirlərini öyrənməyi qərara aldıq. Digər tərəfdən, Ucar RİH-də kimə müraciət etdiksə, hər kəs Xəyyam Səmədzadənin adını çəkdi və ancaq onunla danışmağı tövsiyə etdi (Belə olduğu halda, bizim başqa seçimimiz qalmır – red.).

“Mən ailəmi dolandırmaq üçün, bir neçə il Rusiyaya gedib-gəlmişəm. Belə çıxır ki, mənim mənzilimin zəbt olunmasına haqq qazandırırlar? Ramil Usubovun qəbulunda veteranlıq məsələsinə görə olmuşam, onda hələ bu qeydiyyatdan çıxarılma məsələsi yox idi. Əgər mənim orderim saxtadırsa, onda niyə məni tutmurlar? Ucar RİH-də mənim orderimi gizlədiblər və heç bir kömək də etməyiblər. Xəyyam Səmədzadənin dedikləri yalandır”, – deyə İ.Həsənov RİH hüquqşünasının sözlərini şərh etdi.

Ağdam rayonundan olan məcburi köçkün Ərəstun Abbasov isə bildirdi ki, o mənzilə köçəndən sonra, 25 min manata yaxın təmir işləri aparıb: “Onun orderi də saxtadır. Ədliyyə Nazirliyinin ekspertiza rəyi var. Hazırda istintaq gedir”.

Ağdam RİH başçısının müavini Arzu Nağıyeva Ərəstun Abbasov adlı şəxsi tanımadığını bildirdi: “Mən araşdıraram, görüm ona və ya ailə üzvlərinə ev verilibmi? Onun başqa yerdə mülkü varsa belə, o evdən çıxmalıdır. Məcburi köçkünlərin çoxu evlə təmin olunur və onlar bu illərdə məskunlaşdırları yerdən çıxmağa borcludurlar. Başqasının evini zəbt etmək doğru deyil”.

Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

14618655_320186915021375_522435733_o 14808866_320186988354701_641130800_o 14813101_320186905021376_698622718_o 14813106_320186941688039_339523281_o 14858734_320186868354713_328983352_o 14859339_320186975021369_857544805_o 14859397_320186955021371_1254892218_o 14876389_320186991688034_1172486436_o 14881171_320187015021365_1311112568_o 14881175_320186858354714_1005855311_o 14881249_320187005021366_1983609945_o 20161024_110802 20161024_110925

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR