“Qardaşlarım öləndə yanlarında ola bilmədim” – Sevilən aktrisa (VİDEO – FOTO)

mi5“Qatarda halım pisləşdi, ölümcül vəziyyətə düşdüm”
ARB TV-nin “Ömrün fəsilləri” verilişinin qonağı olan aktrisa Maya İsgəndərova maraqlı açıqlamalar verib.
Aktrisa ailəsində yaşanan kədərli hadisələrdən söz açıb:
“Ailədə 4 nəfər idik. 3 qardaş və mən. Qardaşlarımdan ikisi gənc yaşda vəfat etdilər. Biri Sumqayıt hadisələrində vəfat etdi, birinin ürəyi xəstə idi. Mən tələbə idim o vaxt. O hadisələr zamanı onların yanında olmamışam. Çətin zamanlarında onlara dayaq ola bilmədim. Moskvada idim. Məndən hər şeyi gizlədirdilər. Hətta qardaşım demişdi ki, Mayaya deməyin bunları, qoy rahat gəlsin Bakıya. Mən də Bakıya gələndə qatarda halım pisləşdi, xəstəxanaya apardılar, ölümcül vəziyyətə düşdüm. Eyni şeyi mən də etdim, demədim onlara bunu. Amma mən qalxdım ayağa, qardaşım isə yox”.
mi2 mi3 mi4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR