Qırğızıstanda deputatların vədlərinə nəzarət ediləcək

deput1Qırğızıstanda Joqorku Keneş (parlament) və yerli keneşlərin (şuraların) deputatlarının vəd və ifadələrinə nəzarət edəcək deputat.kg saytı işə başlayıb

Oxu.Az bu barədə “fergananews”a istinadən xəbər verir.

Resurs “Vətəndaş platforması” fondunun təşəbbüsü ilə hazırlanıb və işə başlayıb. Saytda parlamentin və yerli şuraların deputatlarının kütləvi bəyanatları, eləcə də ekspertlərin, politoloqların və ictimai xadimlərin fikirləri toplanır və nəzarət edilir. Saytda deputatların verdiyi vədlərin yerinə yetirilməsi və yetirilmədiyi cədvəl şəklində göstərilir.

Sayt rus və qırğız versiyalarında işə düşüb, mobil versiyada mövcuddur. İnterfeys sadədir. Qeydiyyatdan keçdikdən sonra informasiyaya münasibət bildirmək, şərh yazmaq mümkündür. Deputatların vədlərinə istifadəçilər bəyənmə və bəyənməmək kimi rekasiya verə bilər, həmçinin foto və videomateriallar göndərə bilərlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR