Rüfət Quliyev bu il də Bosco Conference-in açılışını edib-FOTO

02Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev oktyabr ayının  25-də  Bosco Conference-in hər il keçirilən beynəlxalq konfransının Bakıdakı JW Mariott Hotel Apsheron Baku otelində açılışını edib.

Qeyd etmək lazımdır ki, keçən il də bu konfrans Bakıda keçirilib və Rüfət Quliyev onun  açılışını etmişdi.

Bu məşhur şirkət 2005-ci ildə vergitutmalar, beynəlxalq maliyyə xidmətləri sahəsində görkəmli mütəxəssislər tərəfindən yaradılıbdır.

Şirkətin əsas məqsədi müxtəlif ölkələrdə vergitutmalar, şirkətin qeydiyyatı və onlara xidməti, leqal korporativ sxemlərin qurulması, xarici banklarla iş, beynəlxalq maliyyələşmənin cəlb edilməsi barəsində müştərilərə tam və obyektiv məlumat verilməsidir. Şirkət belə illik beynəlxalq konfransları Avropa və Asiya ölkələrində hər il  keçirir.

Bu tədbirlərdə əsas məruzəçilər adətən siyası xadimlər, hüquqi, auditor, konsaltinq şirkətlərinin, bankların sahibləri və rəhbərləri olurlar. Bu il də konfransın yenidən Bakıda keçirilməsinə Azərbaycanda hökm sürən siyasi və iqtisadi sabitlik və ölkə iqtisadiyyatındakı pozitiv amillər səbəb olub.Konfransda Böyük Britaniya, Niderland, Isveçrə, Malayziya, Kanada, Malta, Latviya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Kipr və digər inkişaf etmiş 20 ölkənin 150-dən yuxarı nümayəndəsi iştirak edib.

Konfransı açan professor  Rüfət Quliyev “Müasir mərhələdə  Azərbaycanın investisiya sahəsində “artımsız inkişafı” iqtisadi siyasət” mövzusunda geniş məruzə edib.

Məruzədə Azərbaycan Prezidenti cənab Ilham Əliyevin həyata keçirdiyi uğurlu və dayanıqlı iqtisadi siyasət kursundan ətraflı bəhs olunub, ölkədə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, kənd təsərrüfatının inkişafına verilən xüsusi önəm  diqqət mərkəzində olub. Ölkədə aparılan genişmiqyaslı islahatlarla  bağlı son vaxtlarda ölkə Prezidentinin çoxsaylı Sərəncamlarının əhəmiyyətini qeyd edən Rüfət Quliyev vurğulayıb ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi Azərbaycana müəyyən zərər vursa da, onların nəticələri ölkəni inkişafdan saxlaya bilməmiş və hazırda artım müşahidə olunmasa da iqtisadiyyatın bütün sahələri stabil işləyir. Qeyri-neft sektoru isə dinamik inkişaf edir. Məruzəçi qeyd edib ki, bütün bunlar ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, qabaqlayıcı tədbirlərin görülməsi, çoxspektrli iqtisadi islahatların həyata keçirilməsi nəticəsində mümkün olub və islahatların keçirilməsi davam edir.

Məruzə iştirakçılar tərəfindən böyük maraqla dinlənilib və Rüfət Quliyev verilən çoxsaylı sualları cavablandırıb.Rüfət Quliyevdən dərhal sonra söz yenə azərbaycanlı nümayəndə T.Şevçenko adına Kiyev Milli Universitetinin aspirantı, tanınmış menecer-məsləhətçi Kənan Salayevə verilib və o, ingilis dilində “Azərbaycanın infrastruktur layihələrində strateji investisiyalar” mövzusunda məruzə edib. Bu məruzə də Azərbaycanın xaricdə təbliği sahəsində mühüm məsələləri əhatə edib. Kənan Salayev bunun öhdəsindən bacarıqla gəlib və məruzə iştirakçılarda zəngin təəssürat  doğurub.

Rüfət Quliyev həmçinin qeyd edib ki, Azərbaycanın digər tanınmış iqtisadi alimləri, maliyyə, bank sahəsinin mütəxəssisləri də bu konfransda iştirak edib, öz fikirlərini bölüşdürmüşlər.Konfrans öz işini davam etdirir.

Qafqaznews.az

01 03 04 05

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR