Yevlaxda eramızdan əvvələ aid küp qəbirlər aşkarlandı – VİDEO

827296Yevlax rayonunun Səmədabad kəndi yaxınlığındakı ərazidən eradan əvvəl II-I əsrlərə aid küp qəbirlər tapılıb

ARB Aran xəbər verir ki, antik dövr mədəniyyətinin nümunəsi olan həmin qəbirlərin aşkarlandığı ərazinin qədim yaşayış yeri olduğu bildirilir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədiqqatlar zamanı tapılan küp qəbirlərdən 10 ədəd müxtəlif ölçülü və formalı saxsı qablar çıxarılıb. Onların arasında küpə, kasa, piyalə, tuncdan hazırlanan bəzək əşyaları və əmək alətləri yer alır. Tarixi əşyaların bir hissəsi Yevlax Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

“Onların içərisində ləçəkli qablar xüsusilə diqqət çəkir. Qədim əşyalardan 3 ədədi muzeyin ekspozisiyasında yerləşdirilib”, – deyə Yevlax-Tarix Diyarşünaslıq muzeyinin baş mühafizi Xalidə Umarova vurğulayıb.
Yevlax Mədəniyyət və Turizim Şöbəsindən bildirildi ki, bu il rayonda 3 arxeoloji qazıntı aparılıb.
Qazıntılar əsasən Yəldili, Nərimankənd və Səmədabad kəndləri ərazisində həyata keçirilib. Oradan aşkarlanan əşyalar antik dövrə aid olub. Yevlax Mədəniyyət və Turizm Şöbəsindən onu da deyirlər ki, maddi mədəniyyət nümunələrinin aşkarlandığı ərazilərə yaxın yerlərdə yenidən arxeoloji tədqiqatlara başlanılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR