“10 manatlıq çəkirdik” – Narkoman cibgir saxlanıldı – VİDEO

snimokAbşeron Rayon Polis İdarəsinin əməkdaşları özünü şübhəli aparan Fərid Səfərovu saxlayıblar

ARB TV xəbər verir ki, idarədə Fəridin üzərinə baxış keçirən polis əməkdaşları sellofan torbaya bükülmüş narkotik vasitə olan heroin aşkar ediblər.

İstintaq zamanı dindirilən Fərid Səfərov narkotik aludəçisi olduğunu bildirib.

Fərid Səfərov – Saxlanılan Şəxs: “Xırdalan dariəsində narkotiklə tutublar. 10 manatlıq çəkirdik”.

Araşdırmalar zamanı Fərid Səfərovun cibgirliklə məşğul olduğu da üzə çıxıb. Səfərov Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində avtobuslarda vətəndaşların ciblərinə qənim kəsilirmiş.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayan Fərid Səfərovun digər cinayət əməllərində əlinin olub-olmamasını araşdırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR