Arvadı tərəfindən qətlə yetirilən mərhumun bacısı danışdı – “Qardaşımı ailəlikcə öldürüblər” – TƏFƏRRÜAT – VİDEO

02813437Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 26 yaşlı Gülər Mirzəyeva ilə 32 yaşlı Şəmsi Babayev 3 il əvvəl ailə həyatı qurublar

İlk gündən xasiyyətləri uyğun gəlməyən cütlüyün arasında mütəmadi münaqişələr baş verirmiş.

ARB TV xəbər verir ki, xoşagəlməz halların səngiməsi üçün hər dəfə toplaşıb, məsləhət verən qohum əqrəba isə Gülər və Şəmsi arasındakı münasibətin övladları dünyaya gəldikdən sonra normallaşacağı ümidi ilə ailənin dağılmaması üçün əllərindən gələni ediblər. Amma təəssüf ki, gənc ailənin iki il öncə dünyaya göz açan körpəsi də valideynləri xoşbəxt edə bilməyib. Əksinə münaqişələr zamanla düz mütənasib olub.

Üç illik dedi – qodu noyabrın 6-sı tarixində qanla nəticələnib. Həmin gün də ənənəvi mübahisə düşəndə onlar əlbəyaxaya keçib və Gülər Mirzəyeva əlini bıçağa ataraq, həyat yoldaşına zərbə endirib. Nəticədə daxili orqanları zədələnən Şəmsi Babayev dünyasını dəyişib. Mərhumun yaxınları isə hadisədə bir yox, bir neçə şəxsin əlinin olduğunu iddia edirlər: “Dədəsi Mirzəyev Sultan, dayısı Mirzəyev Nazim, qardaşı Mirzəyev Hünər, Mirzəyevə Günər. Yığılıblar tezdən gəlib qardaşımı öldürüb meyidi qoyublar burda. Evin veşini daşıyıblar, nəyi var yığıblar. Mənim qardaşımdan xəbərim olmuyub”.

Baş vermiş faktla əlaqədar Sabunçu rayon prokurorluğunda Cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR