“Azərsu” jurnalistdən necə qisas alır? – Analoqsuz hadisə

azersuRüfət Əhmədzadə: “Abşeron Su-Kanal İdarəsinin əməkdaşları axşam saat 6-da gəldilər, qaranlıqda təmirə ehtiyacı olmayan borunu da qırıb getdilər”

Abşeron rayonu Masazır qəsəbəsində yaşayan jurnalist Rüfət Əhmədzadə “Azərsu” işçiləri tərəfindən qərəzli və qisas xarakterli yanaşmaya məruz qalmasından şikayətlənib. Noyabrın 30-da Qafqaznews.az-a müraciət edən Rüfət Əhmədzadə bildirdi ki, evinin arxa tərəfindən keçən xətdə deşilmə olduğundan, axan su onun nisbətən çökək ərazidə yerləşən həyətinə dolur.

Onun sözlərinə görə, Abşeron Su-Kanal İdarəsinə və “Azərsu” ASC-nin 955 xidmətinə etdiyi zənglər üç gündür nəinki bir nəticə vermir, əksinə, hətta sözügedən idarənin əməkdaşları gəlib, evə gedən sağlam xətti də qırıblar. “Belə rəzalət olmaz. “Azərsu”nun qəza xidməti sözün əsl mənasında bizi ələ salır. 3 gündür zəng edirəm, ancaq bu gün axşam saat 6-da gəlib çıxdılar. Usta sağlam “sosok”un üstünə çıxıb qırdı, indi fontan yaranıb. Başlarını itiriblər…Soruşuram ki, niyə axşam gəlirsiniz? Deyir, problemi olan bir dənə sənsən? İdris adlı “Azərsu” işçisi deyir ki, sənin xəttində “sosok” normal olsaydı, üstünə çıxan kimi qırılmazdı. Heç bir iş görmədən çıxıb getdilər, deyirlər ki, səhər gələcəklər.

Anar Cəbrayıllı isə telefona cavab vermir. Keçən il video yayıb bunları ifşa etmişdim, vaxtaşırı da tənqidi yazılar yazıram deyə, çox güman, indi məndən onun heyfini çıxırlar. İdarənin Səfərov soyadlı mühəndisi isə deyir ki, qonşularınıza deyin, xətləri özləri düzəltsinlər…20151220061719-74119-17 Belə getsə, mən və mənim kimi təngə gələn vətəndaşlar yığışıb Qorxmaz Hüseynov barəsində Prezidentə şikayət yazacaqlar… İnanın ki, bir neçə günə minlərlə imza da toplaya bilərik. Çünki hamı “Azərsu”nun laqeydliyindən təngə gəlib”, – Rüfət Əhmədzadə vurğulayıb. Xatırladaq ki, 2015-ci il dekabrın 20-də  Qafqaznews.az-da “Tanınmış jurnalist “Azərsu”dan şikayət etdi” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda bildirilirdi ki, yaxınlıqdakı boru xətti partladığından, Rüfət Əhmədzadənin yaşadığı evin həyətini su basıb, amma “Azərsu” aylardır bir tədbir görmür. “TV-lərdə və mətbuatda çalışan dostların köməyinə ehtiyac var.

“Azərsu”ya dərdimizi anlata bilmədik, Xırdalandan bu gün yenə “svarşik” göndəriblər, onlar da “həyət su içindədir, qoy çəkilsin gələrik” deyib getdilər, heç nə etmədilər. Xətt isə açıqdır, camaat bizə görə susuz qalmaq istəmir. Deşik yerlərdən su bizim həyətimizə axır. 3 aydır çürük ümumi xəttin zibilini biz çəkirik. Evimizin zirzəmisinə qədər su basıb. Evdə astma uşağım var. Bu məsələni ictimailəşdirməkdə kömək edin. Artıq kimə deyəcəyimi bilmirəm. Məcburam ki, bazar ertəsi prezidentə məktub yazım, ya da “Azərsu”nu məhkəməyə verim. Gəlib həyətimizi görsəniz, deyərsiniz hansısa sel-daşqın olub burda. Evə çatım, şəkilləri də paylaşacam. Mən artıq “normal xahiş”lə həll olunacağına inanmıram”, – deyə R.Əhmədzadə “Facebook” statusunda qeyd etmişdi.

Tamerlan Zeynallı

Qafqaznews.az

20151220061720-6756-17 20151220061720-72782-17 20151220061721-64520-17 20151220061721-87312-17 20151220061722-47775-17 20151220061722-63516-17 20151220061722-83068-17

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR