Bir ailə 4 üzvü kobasadan zəhərləndi – uşaqların vəziyyəti ağırdır – VİDEO

530ba6537fe1d9f3e974dbe4fa5e65afMingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib

ARB TV xəbər verir ki, Yaşar Muradov küşəsindəki 27 nömrəli mənzildə yaşayan 42 yaşlı tapdıq Rüstəmov mağazadan aldğı kolbasanı ailə üzvləri ilə birlikdə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb.

Nəticədə Rüstəmov, həyat yoldaşı 37 yaşlı Könül Şərifova, övladları 8 yaşlı Əli Rüstəmzadə və 6 yaşlı Sima Rüstəmzadə kəskin mədə ağrıları, qızdırma və qusmaəlamətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır.

Uşaqlar hal-hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR