Burada hər ailəyə avtomobil hədiyyə olunur- Dünyanın ən varlı kəndi…

106243Çinin Cianqsu əyalətində yerləşən Huaxi  dünyanın ən zəngin kəndi hesab olunur
Moderator.az xəbər verir ki, əhalisinin sayı 500 nəfərdən çox olan kənddə kiçik evlər deyil, yalnız sayı 380 olan  lyüks villalar var. Həmçinin, kənddə Amerika və Avropanın bir çox məşhur şəhərlərində yerləşən tarixi abidələrin oxşarı olan tikililər inşa edilib. Məsələn, bu kənddə Böyük Çin səddinin, Nyu-Yorkdakı “Azadlıq” heykəlinin, Sidneydəki Opera binasının surətlərini görmək olar.
Kəndin maraqlı adəti də var: hər il qazanılan gəlir sakinlər arasında bərabər paylanılır və gəlirin artıq qalan hissəsi də eyni qaydada bölüşdürülür. Ötən il artıq gəlirlə avtomobillər alınıb bütün evlərə paylanmışdı.
Kəndin əsas gəlir qaynağı ağır sənaye, metallurgiya, yüngül sənaye və nisbətən də turizm sahələrindən ibarətdir.
Çində   Huaxini bir kənd olmaqdan çox, həm də tamam ayrı quruluş adlandırırlar. Mütəxəssislərin fikrincə, orada hər insan, hər sakin həmin quruluşun vacib elementidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR