Çinli turistlərin Azərbaycana cəlb edilməsi ilə bağlı Rusiyadan təklif

trend_tourist_100615_015Rusiya Azərbaycana Çindən turistlərin cəlb olunması məqsədilə birgə turizm paketləri yaratmağı təklif edib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəhbəri Rauf Paşayev məlumat verib.

Onun sözlərin görə, Rusiya və Çin İpək yolu layihəsi çərçivəsində Rusiyanın cənub regionlarına yeni aviareyslər açmağı planlaşdırır.

R.Paşayev deyib ki, Çin turistlərinin paket turlarına marağını nəzərə alaraq Rusiya bizə birgə paketlərin yaradılmasını təklif edib: “Bu paketlər Şimali Qafqaz bölgəsini və Azərbaycanı əhatə edə bilər.”

Rusiyanın bu təklifi Mədəniyyət və Turizm Nazirliyində müzakirə olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR