“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

arazAraz Dadaşev: “Mən ancaq Allahdan qorxuram, şəriət qanunlarıyla yaşayıram”

Oktyabrın 31-də Qafqaznews.az-da “Notariusun səhvi dörduşaqlı qadını evsiz qoydu?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Lalə Dadaşeva müraciət edib. Lalə Dadaşevanın sözlərinə görə o, 1996-ci ildə Araz Dadaşev ilə nikaha daxil olub. “Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi” –deyə o, Kavkaznews.az-a bildirib.

Lalə Dadaşevanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib. “Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı. Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”, – deyə Lalə Dadaşeva Kavkaznews.az-a məlumat verib.

Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşeva avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində bu müqaviləni ləğv edib.15064210_331682343871832_1370286189_o

“Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşev evin alqı-satqısını həyata keçirdi.Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən keçirilib”,-Lalə Dadaşeva bildirib. Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşev boşanma iddiası qaldırıb. “2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq” –deyə Lalə Dadaşeva bildirdi. Doğrudanmı Lalə Dadaşeva həyat yoldaşına verdiyi baş etibarnaməni “Asan Xidmət”də ləğv edib? Biz bu sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşlarına vermək qərarına gəldik.

“Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşı İlqar Sultanov Lalə Dadaşevanın sözlərinin doğruluğunu təsdiqləyib. İlqar Sultanovun bildirdiyi kimi, Baş etibarnamənin ləğv edilməsi haqqında məlumat elektron məlumat bazasına daxil olur. “Bu bazada Araz Dadaşevin bağladığı bütün müqavilələr öz əksini tapır”,- deyə İlqar Sultanov Kavkaznews.az-a məlumat verib.

Tağıyev küçəsi ,ev 5 ünvanında yerləşən evin alqı-satqısı barədə müqaviləni bağlayan 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov alqı-satqı zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlayıbmı? Sualımıza cavab almaq üçün biz Nadir Vədətovun özünə müraciət etdik. “Araz Dadaşevin evi satmaq üçün baş etibarnaməsi var idi”,- deyə notarius bizə bildirdi. “Siz bu etibarnamənin qüvvədə olub-olmadığını yoxlamışdınız?”,– jurnalistimiz soruşdu. Təəssüf ki Nadir Vədətov sualımıza cavab vermədi və dəstəyi asdı (Kavkaznews.az).15052071_331682777205122_1690434110_o

Noyabrın 16-da L.Dadaşevanın qardaşı Ruslan Məmmədov Qafqaznews.az-a bildirdi ki, evin, mağazanın, dörd torpaq sahəsinin bir otaqlı mənzilin boşanmadan əvvəl qanunsuz və razılıq olmadan satılması ilə bağlı məhkəməyə müraciət olunub. “Lakin Xəzər Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov iddianı dünən keçirilən məhkəmədə qismən təmin etdi. Yəni, yalnız Araz Dadaşevin adına olan mənzilin alqı-satqısı ləğv olundu və yenidən özünə qayıtdı. Lalə Dadaşeva isə birgə nikah dövründə əldə olunan və onun adına olan əmlaka olan hüquqlarını bərpa edə bilmədi. Hazırda bu qərardan Apellyasiya müraciəti etməyə hazırlaşırıq”, – deyə R.Məmmədov qeyd etdi.

R.Məmmədovun sözlərinə görə, Lalə Dadaşeva Prezident İlham Əliyevə və DİN başçısı Ramil Usubova da müraciət edərək, qanunsuz olaraq həyata keçirilmiş alqı-satqı əməliyyatlarında iştirak edənlərin cəzalandırılmasını xahiş edib. Biz adıkeçən Araz Dadaşevin də fikrini öyrənməyə çalışdıq.

“Mən şəriət qanunlarıyla yaşayan adamam. Bir Allahdan qorxuram. Siz isə ailə məsələsinə qarışırsınız. Məhkəmə nədir ki, o dünyada Allah qarşısında cavab verməli olacaqsınız”, – deyə A.Dadaşev reaksiya verdi.

“Ortada saxtakarlıq və qanunsuzluq iddiaları, vətəndaşın müraciəti var. Söhbət qanunlardan gedirsə, biz bunu “ailə məsələsi” hesab etmirik”, – deyə qeyd etdik. “Onlar mənim 70-80 min manat dəyərində qızıl əşyalarımı oğurlayıblar. Bunu məhkəmə də təsdiq edib.Dedikləri yalan və böhtandır. Mənim hesabıma ev-eşik yiyəsi olublar. Uşaqlarımı indi mənə qaldırmağa çalışırlar. Məndən 300 min manat tələb edirlər ki, geri çəkilsinlər”, – deyə A.Məmmədov bildirdi. Araz Dadaşev qeyd etdi ki, o, Rusiya vətəndaşıdır. “Rusiya qanunlarında “birgə nikah” dövrü anlayışı, əmlakın bölüşdürülməsi yoxdurmu?” – deyə soruşduq.

15086930_331675933872473_442903791_n-1“Mən uşaqlarımdan imtina etmirəm. Dəyəri 100 min manat olan mənzili uşaqlarım üçün düşünürəm”, -deyə A.Dadaşev bildirdi. Həmçinin, A.Dadaşevin sözlərinə görə, zəng edib onun fikrini öyrənən jurnalist birtərəfli çıxış edir və ona böhtan atır. Ruslan Məmmədov isə bu “oğurluq” ittihamının yalan olduğunu və məhkəmədə bu iddianın rədd olduğunu bildirdi. “Ondan heç kim heç nə oğurlamayıb, nə də şantaj edib pul istəmirik. Bacım dörd uşağı ilə neçə aydır bizdə qalır. Dörd aydır ki, üç otaqlı evdə 11 nəfər yaşayırıq. Öz uşaqlarının güzəranı ilə maraqlanmır, nə yediklərindən, necə yaşadıqlarından xəbərsizdir. Biz məsələnin qanun çərçivəsində həll olunmasını tələb edirik. Onun söz açdığı mənzil isə 1 otaqlıdır, o qədər əmlakından övladlarını məhrum edərək, indi dörd uşaq üçün 1 otaqlı mənzili düşünür?

Həm də, öz adına olan mənzili satıb pulu bölməklə bunu edəcək? Araz Dadaşev dörduşaqlı qadınla Lalə Dadaşeva və uşaqlarını normal yaşayışdan, evdən məhrum edib, həm də bunun üçün saxtakarlığa, dələduzluğa əl atıb. Məsələ bundan ibarətdir”, – deyə R.Məmmədov vurğuladı.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzu ilə bağlı link:
http://qafqaznews.az/2016/10/notariusun-s-hvi-dordusaqli-qadini-evsiz-qoydu-sikay-t/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR