Hasarın dibində silah-sursat gizlədən keçmiş məhkum saxlanıldı – VİDEO

1Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsi\də növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

ARB TV xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0.810 qram olan heroin aşkar edilərək götürülüb. Onun Nardaran qəsəbəsi, Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd “Makarov” tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara zapalı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcı və 8 ədəd fitil aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR