İlham Əliyev: Azərbaycanla Rusiya birgə çalışma təcrübəsinə malikdir

ilham1“Azərbaycan-Rusiya regionlararası forum iki ölkə arasında strateji əməkdaşlığa töhfə verəcək”

Oxu.Az-ın məlumatına görə, bu sözlər Prezident İlham Əliyevin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Məktubu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov oxuyub.

“Bu kimi forumlar çərçivəsində konstruktiv təşəbbüslər yaranır, iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verir, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa imkan yaradır. İki ölkə güclü iqtisadi potensiala və birgə çalışma təcrübəsinə malikdir. Hazırda dünyada hökm sürən qlobal böhran bütün dünyada ciddi dəyişikliklərə gətirib çıxarıb. Ümid edirəm ki, forum konstruktiv müzakirələrə şərait yaradacaq, maraqlı layihələrlə nəticələnəcək və ölkələrimizə real fayda verəcək”, – Prezidentin müraciətində bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR