İspaniya və İngiltərədə liderlik savaşı

f031c4a19f1d3b6193ec5b243aeeb462Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, sabah və birigün qitənin ən mötəbər turnirində 16 qarşılaşma baş tutacaq.

İlk olaraq, sabah E, F, G və H qruplarında komandalar meydana çıxacaqlar.

“Monako” – “Tottenhem” matçını E qrupunun ən kritik oyunu adlandırmaq olar. Knyazlıq klubu öz meydanında məğlub olmasa, növbəti mərhələyə vəsiqəni təmin edəcək. “Tottenhem”ə isə şansını davam etdirmək üçün bərabərlik də yetməyə bilər. Bu qrupda hər iki matçda meydan sahiblərinin qələbəsi “Monako”nu əlçatmaz edəcəksə, MOİK-in də sönmək üzrə olan ümidini dirçəldəcək.

F qrupunda Dortmund “Borussiya”sının evdə autsayder “Legiya”ya xal verməsi inandırıcı deyil. “Real” isə Kriştianu Ronaldonun sabiq komandası “Sportinq”ə səfərdə uduzmasa, “kral klubu” da adını 1/8 finalçılar arasına yazdıracaq.

G qrupunun məğlubedilməz lideri “Lester”ə minimum vəzifənin öhdəsindən gəlmək üçün heç bir şansı qalmayan “Brügge” ilə heç-heçə etmək də kifayətdi. Qrupun favoritlərindən sayılan “Porto” vəziyyətini qəlizləşdirməmək üçün “Kopenhagen”ə səfərdə qalib gəlməlidi. Əks təqdirdə, son turda “Lester”lə qarşılaşacaq portuqaliyalıların şansı minimuma enəcək.

Günün ən maraqlı matçı H qrupunda keçiriləcək. Birincilik uğrunda mübarizə aparan “Sevilya” ilə “Yuventus” “Ramon Sançes Pisxuan” stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüşdə “Sevilya”nı heç-heçə də qane edirsə, turinlilər liderliyi ələ keçirmək üçün səfərdən 3 xalla dönməyə çalışacaqlar. Onsuz da, çox az şansı qalan “Lion” Zaqrebdə “Dinamo”ya qalib gəlib, “Yuventus”un da məğlubiyyətini arzulayacaq.

Noyabrın 23-də isə A, B, C və D qruplarında V turun oyunları keçiriləcək.

A qrupunda növbəti mərhələyə vəsiqəni ötən turda təmin edən “Arsenal”la PSJ qrup birinciliyi uğrunda “döyüşəcəklər”. “Emireyts” stadionunda baş tutacaq görüşün qalibi qrup birinciliyini də təmin edəcək. “Ludoqorets”lə “Bazel” isə üçüncü yerə iddialarını davam etdirirlər. Bolqarıstanda qalib gələn tərəf Avropa Liqasına yollanmaq hüququ qazanacaq.

B qrupunda vəziyyət qarışıqdı. Autsayder “Dinamo”nu (Kiyev) qəbul edən “Napoli” qalib gələcəyi təqdirdə son tur öncəsi 1/8 finala adını yazdıracaq. “Beşiktaş”la “Benfika”nın mübarizəsi isə böyük gərginlik vəd edir. “Qartallar”ın oyununda Türkiyə klubu rəqibini əliboş yola salmağa çalışacaq. Əgər “Napoli” sürprizə imkan verməsə və “Beşiktaş” evdə yenilsə, İstanbul nəhəngi Avroliqaya yollanmaqla təsəlli tapacaq.

C qrupunda hər şeyə bu turda aydınlıq gələ bilər. “Mançester Siti” Mönhenqladbaxda “Borussiya”ya qalib gələrsə, həm özü, həm də “Barselona” 1/8 finala vəsiqəni rəsmiləşdirəcək. “Barsa”nın qələbəsi və “şəhərlilər”in heç-heçəsi də eyni vəziyyət yaradacaq. Lider “Barselona”nı, onsuz da, “Seltik”lə səfər görüşündə bərabərlik qane edir.

D qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən “Atletiko” ilə “Bavariya” autsayderləri sınağa çəkəcəklər. Bu görüşlərdən sonra da adıçəkilən komandalar arasında 3 xallıq fərq artmasa, İspaniya və Almaniya nəhəngi son turda öz aralarında lideri müəyyən edəcəklər.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

 

22 noyabr

 

E qrupu

21:00. MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya)

23:45. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə)

 

1. Monako

4

2

2

0

7-3

8

2. Bayer

4

1

3

0

4-3

6

3. Tottenhem

4

1

1

2

2-3

4

4. MOİK

4

0

2

2

3-7

2

 

F qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa)

23:45. “Sportinq” (Portuqaliya) – “Real” (İspaniya)

 

1. Borussiya D.

4

3

1

0

11-3

10

2. Real

4

2

2

0

12-7

8

3. Sportinq

4

1

0

3

4-5

3

4. Legiya

4

0

1

3

4-16

1

 

G qrupu

23:45. “Lester” (İngiltərə) – “Brügge” (Belçika)

23:45. “Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya)

 

1. Lester

4

3

1

0

5-0

10

2. Porto

4

2

1

1

4-3

7

3. Kopenhagen

4

1

2

1

5-2

5

4. Brügge

4

0

0

4

1-10

0

 

H qrupu

23:45. “Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya)

23:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa)

 

1. Sevilya

4

3

1

0

6-0

10

2. Yuventus

4

2

2

0

6-1

8

3. Lion

4

1

1

2

4-3

4

4. Dinamo Z.

4

0

0

4

0-12

0

 

23 noyabr

 

A qrupu

23:45. “Arsenal” (İngiltərə) – PSJ (Fransa)

23:45. “Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə)

 

1. Arsenal

4

3

1

0

12-3

10

2. PSJ

4

3

1

0

9-3

10

3. Bazel

4

0

1

3

2-8

1

4. Ludoqorets

4

0

1

3

4-13

1

 

B qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Benfika” (Portuqaliya)

23:45. “Napoli” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

 

1. Benfika

4

2

1

1

6-5

7

2. Napoli

4

2

1

1

9-7

7

3. Beşiktaş

4

1

3

0

6-5

6

4. Dinamo K.

4

0

1

3

2-6

1

 

C qrupu

23:45. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)

23:45. “Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya)

 

1. Barselona

4

3

0

1

14-4

9

2. Mançester Siti

4

2

1

1

10-8

7

3. Borussiya M.

4

1

1

2

4-7

4

4. Seltik

4

0

2

2

4-13

2

 

D qrupu

21:00. “Rostov” (Rusiya) – “Bavariya (Almaniya)

23:45. “Atletiko” (İspaniya) – PSV (Hollandiya)

 

1. Atletiko

4

4

0

0

5-1

12

2. Bavariya

4

3

0

1

11-3

9

3. Rostov

4

0

1

3

3-10

1

4. PSV

4

0

1

3

4-9

1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR