“Jurnalistlər gəlinimi aldadıb pul və qızıllarımı mənimsədilər” – ŞİKAYƏT(FOTOLAR)

1470032923Rəsmiyyə Rüstəmova: “İpək Kəlbəcərli və Fariz Faziloğlunu hüquq mühafizə orqanlarında kimlərsə himayə edir”

Bu ilin avqust ayında ölkə mətbuatında belə məlumat yayılmışdı ki, Lənkəranda dələduzluq yolu ilə vətəndaşların pulunu və əmlakını mənimsəyən qrup üzvləri ifşa olunub. Həmin məlumata görə, biri qadın olmaqla üç nəfərdən ibarət dəstə üzvləri vətəndaşların polis şöbəsinə edilən şikayətləri nəticəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (LŞRPŞ) əməkdaşları tərəfindən saxlanılıb.15211756_335008453539221_586090806_n

Şöbənin istintaq bölməsinin müstəntiqi, polis kapitanı, Toğrul Hüseynovun bildirdiyinə görə, ilk şikayət 20 iyul 2016-cı il tarixində Parakənd sakini tərəfindən daxil olub. “Şikayət ərizəsində bildirilir ki, tanımadığı üç nəfər, bir qadın və iki kişi olmaqla “Azsamand” markalı “90-TE-971” dövlət qeydiyyat nişanlı avtomobil ilə vətəndaşın yaşadığı ünvana gəlib. Onlar özlərini Bakı şəhərindən gələn hüquq-mühafizə orqanı əməkdaşları kimi təqdim ediblər. Onun baxıcılıq fəaliyyəti ilə məşğul olmasını qanunsuz hesab edərək, saxlanılmasını və onlarla getməli olduğunu bildiriblər. Kənd sakini (Məmmədov Şahv15151220_335008416872558_729039027_nələd Səttar oğlu, – red.) onlarla getmək istəmədikdə “işinin qaydaya qoyulması” üçün vətəndaşdan 2 min 500 manat pul tələb ediblər.

Son nəticədə vətəndaşın 500 manatını ələ keçirərək aradan çıxıblar. Analoji hallar Kərgəlan, Şağlakücə kəndlərində də baş verib”, – deyə Toğrul Hüseynov qeyd edib. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvlərinin hərəkət etdiyi “Azsamand” markalı avtomobil aşkar edilərək saxlanıldıqdan sonra, daha maraqlı faktlar üzə çıxıb.15209158_334967106876689_754848740_n

Məlum olub ki, avtomobili Şirvan şəhərində qeydiyyatda olan, 1978-ci il təvəllüdlü Yəhyayev Fariz Fazil oğlu idarə edib. O, özünü “Xəbərfakt” informasiya portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi təqdim edib. Kəlbəcər şəhərində qeydiyyatda olan, Xırdalan şəhərində müvəqqəti məskunlaşmış, 1975-ci il təvəllüdlü Məmmədova İpək Yunus qızı özünü “Xəbərfakt” portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru, Hacıqabul şreketəhərində qeydiyyatda olan, 1993-cü il təvəllüdlü Məmmədov İlkin Habil oğlu isə özünü həmən portalın xüsusi müxbiri kimi təqdim ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, İlkin Məmmədov müxtəlif vaxtlarda sakinlərdən informasiyalar toplayaraq dəstə üzvlərinə çatdırıb. Əsasən baxıcılıqla məşğul olan şəxsləri ifşa edəcəkləri ilə hədələyərək onların müxtəlif məbləğlərdə pul və digər əmlaklarını mənimsəyiblər. Bundan başqa onlara məxsus əşyaların içərisində digər qonşu rayonların sakinlərinə aid müxtəlif arayışlar və sənədlər də aşkar edilərək maddi sübut kimi götürülüb.

0fdbc549-3f89-4516-a020-025308c484f6Aydın olub ki, dəstə üzvləri vətəndaşların etibarından istifadə edərək aztəminatlı ailələrin sosial yardım almaları üçün köməklik göstərəcəklərinə vədlər veriblər (report.az).

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Lənkəran rayonu Göyşaban kənd sakini Rəsmiyyə Xosrov qızı Rüstəmova bildirdi ki, onun özü də “İpək Kəlbəcərli” kimi tanınan İpək Məmmədova və “Fariz Faziloğlu” kimi tanınan Fariz Yəhyayev tərəfindən aldadılıb.

R.Rüstəmovanın sözlərinə görə, bu dəstənin Elşad adlı başqa bir üzvü də var ki, həmin Elşad adlı şəxs dəfələrlə ona zəng edərək hədələyib və özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.diplom

“Ötən il İpək Kəlbəcərli və Fariz Faziloğlu bizim kəndə gələrək, mənə dedilər ki, ağır seyid olduğumu eşidiblər və “Şəfa ocağı” adlı diplom vermək, videorepotaj hazırlamaq istəyirlər. Bunun üçün, məndən iki min manat aldılar. Diplomu verdilər, 6 ay sonra isə İpək mənim gəlinim Mələkxanıma zəng edib dedi ki, bizə 6 yüz manat lazımdır. O vaxt mənim rəhmətlik həyat yoldaşım xəstə idi, mən onun müalicəsi ilə məşğul idim. Avqustun 20-də səhər saat 7-də yoldaşımın müalicəsi məqsədilə İran İslam Respublikasına yola düşəcəkdik. Mən səhər pullar və qiymətli əşyalar olan yerə baxdıqda gördüm ki, 6500 manat pul və bütün ailəmizin 25-30 min manat dəyərində qır-qızılı və brilliant daşlı bəzək əşyaları oğurlanıb.

Pəncərə də açıq idi. Hamı ayağa qalxdı, məlum oldu ki, gəlinim Mələkxanım üç yaşlı qızını da götürüb evdən qaçıb. Telefon zənglərinə baxdıqda öyrəndik ki, Mələkxanım sonuncu dəfə Fariz Faziloğlu ilə danışıb.

15216263_335008436872556_1308798231_oSonradan öyrəndim ki, onlar 6 ay boyunca münasibətdə olublar. Qeyd edim ki, Mələkxanım ruhi xəstədir və ona şizofreniya paranoid diaqnozu qoyulub. İpək və Fariz gəlinimin avamlığından istifadə edərək, onu qaçırdıblar. 10 gün sonra nəvəmi qaytarsalar da, nə gəlin qayıtdı, nə də qızılları qaytardı. Qeyd edim ki, digər oğlum İgir öz həyat yoldaşı ilə birlikdə gedərək, nəvəmi İpəyin evindən gətirib. İpək və Fariz bu işin arxasında durduqlarını etiraf etməsələr də, azyaşlı nəvəmin danışıqlarından öyrəndim ki, bu günlərdə İpək və Fariz onların yanında olub, həm də Fariz və Mələkxanım arasında çox yaxın münasibət olub.

Sonra Elşad adlı şəxs də dəfələrlə zəng edərək, məni hədələdi və şikayət edəcəyim halda öldürməklə hədqizilələdi. Hüquq mühafizə orqanlarına şikayət eləsəm də, bu şəxsləri kimlərsə himayə edir və hətta Liman şəhər PB-də verdiyim şikayətə mülki iş adı veriblər. Onlar bu yaxında həbs olundular…1-1

Müxtəlif rayonlardan qırxa yaxın zərərçəkmiş olduğu halda, hələ də azadlıqda gəzirlər. Mələkxanım Cəmaləddin qızı Həmzəyevanın isə harda olduğu bilinmir. Hazırda Astara Rayon Məhkəməsində iddia qaldırıb və uşağı bizdən almaq istəyir. O cür əməllərdən çıxan, rəsmən ruhi xəstə kimi qeydiyyatda olan bir qadına dörd yaşlı uşağı etibar edə bilmərəm. Ailəmizdən oğurladığı qızıllardan və pullardan isə hələ də xəbər yoxdur. Əminəm ki, İpək və Fariz gəlinimin avamlığından istifadə edərək, pulları və qızılları mənimsəyiblər”, – deyə Rəsmiyyə Rüstəmova bildirdi.

Hüquq müdafiəçisi Zümrüd Məmmədova isə Qafqaznews.az-a bildirdi ki, İpək Məmmədova onunla telefon danışığında guya Mələkxanımın öz istəyi ilə evdən qaçdığını, vizit kartı vasitəsilə onu taparaq bir həftə sonra evinə gəldiyini deyib. “İpək Məmmədova mənə dedi ki, guya onun oğlu əsəbiləşərək Mələkxanımı evdən qovub, indi onun harda olduğunu bilmirlər. Hətta İpək Məmmədova hazırda Mələkxanımın hardasa yüngüləxlaqlı işlərlə məşğul olduğunu dedi. Biz bu məsələni qabartmaq istədikdə, hüquq mühafizə orqanlarında bəzi şəxslər problemə elə don geydirmək istəyirlər ki, guya Rəsmiyyə Rüstəmova gəlinindən qızı almaq üçün şər-böhtana əl atır.

Ortada bu qədər fakt olduğu halda, hələ də məsələyə dırnaqarası yanaşılır”, – deyə Z.Məmmədova qeyd etdi. Biz adıkeçən İpək Məmmədova, Fariz Yəhyayev və Elşad adlı şəxsin də nömrələrini əldə etdik. Lakin Fariz Yəhyayev və Elşad adlı şəxsə zəng çatmadı, İpək Məmmədova isə dəfələrlə etdiyimiz zənglərə cavab vermədi. Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

1
2 3 4 5 6 7 8 9 diplom qizil pr 1-1

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR