Lukaşenko bu gün Bakıya gəlir

170698_res_01Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana səfər edəcək

Virtualaz.org-un məlumatına görə, Belarus prezidenti Bakıda iki gün səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko həm təkbətək, həm də geniş tərkibli formada görüş keçirəcək. Bundan sonra bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.

Belarus prezidenti, həmçinin baş naziri Artur Rasizadə ilə də görüşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR