Müğənni intihar etmək istəyən gənci xilas etdi

98139_m5uo0vzrwhÖtən gün türkiyəli müğənni və aktyor Yavuz Bingöl “15 iyul Şəhidlər Körpüsü”ndə intihar etmək istəyən şəxsin həyatını xilas edib

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı çəkilişə gedərkən yolda bir gəncin özünü körpüdən atmaq istədiyini görüb, avtomobilindən enərək həmin şəxslə 10 dəqiqə söhbət edib və nəticədə onu intihar etmək fikrindən daşındıra bilib.

“Çox şey etmədim, intihar etmək istəyən gənci görərək avtomobildən düşdüm. Pərəstişkarım olduğunu söylədi. Məni görüb sakitləşdi. Çəkilişə gecikdim, amma bir gəncin həyatını xilas etdim”, – deyə Y.Bingöl müsahibə verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR