Sumqayıtda yataqxana hamamında yaşayan qadına niyə yer tapılmır? – FOTOLAR

icraXatirə Axundova: “Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da müraciət etmişəm, amma bir nəticə yoxdur”

Ömrünü 1985-ci ildən bəri “Azərkimya” İstehsalat Birliyinə həsr edən, illərdir “yaşamağa bir yerim olsun” arzusuyla dövlət qurumlarından diqqət gözləyən, amma həmişə də məyusluğa uğrayan Sumqayıt sakini Xatirə Axundova Q11923370_770341863091220_2086996177_nafqaz Xəbər Agentliyinə üz tutub.15205612_336333746740025_73850588_o

“Mən 1989-cu ildən “Azərkimya”nın yataqxanasında qeydiyyatdayam, dəfələrlə də müraciət etmişdim ki, tənha qadınam, fəhləliklə kirayə pulu verə bilmirəm, mənə yaşamaq üçün bir otaq verin… Amma heç bir nəticəsi olmamışdı. 2005-ci ildə kirayə pulunu verə bilmədiyimə görə, evsiz qaldım. Məni “Azərkimya”nın yataqxanasında, birinci mərtəbədə yerləşən 12 kvadrat metrlik hamama yerləşdirdilər. Düz 11 ildir ki, üfunətin, antisanitariyanın içində yaşayıram. Çarpayımın altından kanalizasiya xətti keçir. Nəmişlik və qoxudan əzab çəkirəm… paltarım tez-tez pis qoxu tutur, cəmiyyətdə xəcalət hissi ilə gəzirəm. Dəfələrlə “Azərkimya”nın rəhbərliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da müraciət etmişəm, amma bir nəticə yoxdur”, – deyə X.Axundova qeyd edib.3

11911548_770339199758153_892051962_nOnun sözlərinə görə, Sumqayıt ŞİH-dən nümayəndələr gəlib yaşadığı hamama baxıblar, amma deyirlər ki, yer yoxdur: “Halbuki, elə birinci mərtəbədə 12 və 50 nömrəli otaqlar boşdur. Yataqxanada boş otaqlar az deyil, lakin o otaqları alan adamlar ya bağlayıb “ehtiyat” üçün saxlayırlar, ya da başqalarına kirayə verirlər.11909822_770341966424543_212749751_n-1

Mənə çatanda isə deyirlər ki, “gözlə, gələcəkdə imkan olanda sənə yer verəcəyik”. Daha nə qədər gözləyim, ömrümün bu çağında mənə kiçik bir otağı da qıymırlar. Həmkarlar İttifaqının sədri Vaqif Ömərov deyir ki, gəl, səni mətbəxə köçürək, orda şərait nisbətən yaxşıdır. Başa düşürsünüz, bu, insanı ələ salmaqdır. İndi məni hamamdan mətbəxə köçürməklə, guya həyatımı yaxşılaşdıracaqlar”.

Biz məsələ ilə bağlı Vaqif Ömərova zəng etdik, lakin o, yas yerində olduğunu deyərək, bizimlə danışmaqdan imtina etdi.

Sumqayıt Şəhər İcra hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, ŞİH nümayəndələrindən heç biriylə danışmaq imkanımız olmadı.

Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

12 4 5 11909822_770341966424543_212749751_n 11911548_770339199758153_892051962_n 11937955_770341679757905_117368634_n 11943349_770340589758014_341151127_n 15224631_336333726740027_785922442_o
1-4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR