Trampın atası bu ölkədən deportasiya edilibmiş – ŞOK SƏNƏD

106532Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Trampun babası Almaniyadan deportasiya edilibmiş
Belə ki, ABŞ-da yeni prezident seçilən Donald Trampun babası Fridrix Trampın 1905-ci ildə Almaniyadan deportasiya edildiyi üzə çıxıb.
Almaniyanın Bild qəzetində yer alan xəbərdə Donald Trampın babası Fridrix Trampın Almaniyadan deportasiya edilməsinə dair Rheinland-Pflaz əyalətində Speyer şəhər arxivindən 27 Fevral 1905-ci il tarixli bir sənəd yayımlanıb. Dürkheim İcra Hakimiyyəti tərəfindən həmin tarixdə Kallstadt Bələdiyyə rəhbərliyinə göndərilən sənəddə Kallstadtta olan Amerika vətəndaşı təqaüdçü Fridrix Trampın 1 maya qədər Bavariya torpaqlarından ayrılması, əks təqdirdə deportasiya ediləcəyi yazılı olaraq qeyd edilib.
Pflaz Tarixi və Xalq Elmi İnstitutunun keçmiş direktoru Roland Paul Fridrix Trampın Almaniya qanunlarına uyğun bir şəkildə qeydiyyatını ləğv etdirmədən və hərbi xidmət çəkmədən 1885-ci ildə ABŞ-a getdiyini bildirib. Buna görə də Alman qanunlarına əsasən 1905-ci ildə Trampın yenidən Alman vətəndaşlığına keçməsi mümkün olmayb.
ABŞ-a getdikdən sonra zəngin olan Fridrix Trampın 1901-ci ildə Almaniyaya səfəri zamanı tanış olduğu Elisabetə aşiq olduğu və bir il sonra evlənərək yenidən ABŞ-a getdiyini bildirən Pol Trampın həyat yoldaşına görə yenidən Almaniya qayıtdığını da qeyd edib.
Paul Fridrix Trampın Almaniyada oturma izni almaq üçün əlindən gələni etdiyini və Şahzadə Luitpolda məktublar yazdığını, ancaq Luitpoldun bunu rədd etdiyini bildirib.
Roland Paul Fridrix Trampın 1 İyul 1905-ci ildə hamilə xanımı Elisabeth ilə Hamburqdan gəmiyə minərək Almaniyanı tərk etdiyi, 3 ay sonra da Donald Trampın Nyu-yorkda dünyaya gəldiyini qeyd edib.
Fridrix Trampın daha sonra adını Frederick olaraq dəyişdiyi bildirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR