Ucardakı partlayışda xəsərət alan ata-ana və övladları öldü

169768_res_01Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb

APA bildirir ki, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z.Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR