Viktor Yanukoviç “Maydan”ın üzərinə qoşun yeritməməsini səhv adlandırdı

170441_res_01“Mən müqəddəs deyiləm…Çoxlu səhvlərim olub. Ən böyük səhvim qoşunların tətbiqi barədə fərmanı imzalamağa özümdə güc tapmamağım olub. Mən qırğına getmədim”.

“Gazeta.ru” xəbər verir ki, bu barədə Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Rostov-na-Donuda mətbuat konfransında çıxışı zamanı bildirib.

Yanukoviç qeyd edib ki, indi də prezident olsa, “Maydan”da qoşunların tətbiqi barədə fərmanı imzalamaz: “Əllərim buna qalxmaz. Hazırda ən böyük arzum elə Ukraynada, Donbassda müharibələrin bitməsidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR