Xəzər və Abşeron RİH-ləri Qala kəndini bölüşdürə bilmir? – ARAŞDIRMA

icra-5-copyHikmət İslamov: “Biz orda hər hansı söküntü işi aparmaq istəyəndə Abşeron RİH-in işçiləri gəlir ki, bura bizim ərazidir”

Noyabrın 5-də Qafqaznews.az-da “İradə Gülməmmədova məskunlaşmış evləri hansı əsasla sökdürür?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda azadliq.info saytına istinadla bildirilirdi ki, uşağını həkimə aparan Abşeron rayon sakini İntiqam Bayramov , qayıdanda yaşadığı evdə (onun qardaşı İslam Bayramovun adına DƏDRX-dən verilmiş çıxarışla olan torpaq sahəsində tikilmiş evdən söz gedir – red.)daşın daş üstündə qalmadığının şahidi olub. Vətəndaşın bildirdiyinə görə, evi Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb. Ev sahibi bildirir ki, evin də, torpağın da sənədləri qaydasındadır. Hadisə noyabrın 1-i günorta saatlarında baş verib.14963035_1075325529252821_1184676193_n

d68dd8104bf0dcf549d0c718cd8018e6ertweergerVətəndaşın sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sərviz Süleymanovun rəhbərliyi ilə bir qrup şəxs ağır texnika vasitəsi ilə o evdə olmadığı vaxt mənzilini yararsız vəziyyətə salıblar: “Söküntü barədə mənə öncədən heç bir xəbərdarlıq edilməyib. Övladım xəstə olduğu üçün onu həkimə aparmışdım. Onlar da mən evdə olmayan zaman gəliblər, evi tamamilə yararsız hala salıblar.

Bir daha qeyd edirəm ki, bununla bağlı heç bir sərəncam və məhkəmənin qərarı yoxdur. Söküntü aparan şəxslər digər qonşuların da çəpərlərini söküblər. Əslində onların da evlərini sökmək istəyiblər.Lakin qonşular evdə olduqları üçün buna mane olublar. Sakin bildirib ki, ailəsinin maddi vəziyyəti də yaxşı deyil (azadliq.info).

d68dd8104bf0dcf549d0c718cd8018e6rrQafqaz Xəbər Agentliyi məsələni araşdırmaq məqsədi ilə Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevlə əlaqə saxladı. “Akif müəllim, İntiqam Bayramov adlı vətəndaşın evinin sökülməsiylə bağlı ölkə mətbuatında məlumat yayılıb. Bu məsələdən xəbəriniz var?”, – deyə soruşduq. “Bilmirəm, tanımıram o adamı”, – deyə Akif Əliyev cavab verdi.

“Deyilənə görə, onun bütün sənədləri də yerindədir, şəkillər də paylaşıblar”, “Tanımıram, məlumatsızam”, – deyə Abşeronun baş memarı Qafqaznews.az-a təkrarladı. 13720601_263743550665712_1357096009_o“Ümumiyyətlə, vətəndaşın çıxarışı varsa, memarlıq planlaşdırma layihəsi təsdiq olunubsa…”, – deyə sual verərkən, az əvvəl “məlumatsız” olan Akif Əliyev sözümüzü kəsdi: “Qala Zeytunçuluq Sovxozunda biz zeytunlara baxırıq. Fərdi yaşayış sektoru Xəzər RİH-in tabeçiliyindədir. Suallarınızı ordan aydınlaşdırın”. A.Əliyevin sözlərinə görə, mətbuatda dərc olunan çıxarışda torpaq sahəsinin təsərrüfat məqsədi ilə icarəsindən söhbət gedir: “Abşeron RİH-dən tikinti üçün ordan torpaq ayrıla da bilməz, icazə verilə də bilməz. Araşdırın, görün, DƏDRX-nin sənədində nədən söhbət gedir. O evin layihəsini biz təsdiq etməmişik. Bu işi görənlərin də, onlara icazə verənlərin də barəsində qanuna müvafiq tədbirlər görüləcək”.d68dd8104bf0dcf549d0c718cd8018e6rtrtrtrer

Evin söküləcəyi barədə Bayramovlar ailəsinə qabaqcadan xəbərdarlıq edilib-edilmədiyini soruşduqda, Abşeron RİH-in memarı bildirdi ki, həmin ərazi inzibati vahid olaraq Xəzər RİH-in və Xəzər RPİ-nin nəzarətindədir, Abşeron RİH orda hər hansı söküntü işləri apara bilməz. “Amma vətəndaşın mətbuata dediyinə görə, söküntü işlərini Abşeron RİH-də şöbə müdirinin müavini olan Sərviz Süleymanov həyata keçirib”, – deyə qeyd etdik.

“Sərviz Süleymanov qalstukla-kostyumla gəzən adamdır. O necə ev sökə bilər?”, – deyə A.Əliyev Qafqaznews.az-a ritorik sual verdi. “Məlumata görə, söküntü onun rəhbərliyi altında olub”, – deyə xatırlatdıq. “Yəqin, Sərviz müəllim ustalara deyib ki, burda ev tikmək olmaz, sizi tutacaqlar… onlar da evi söküb qaçıblar. Mən iştirak etməmişəm, başqasının yerinə cavab verə bilmərəm”, – deyə Abşeronun baş memarı bildirdi. Biz evdə yaşayışın olduğunu xatırlatsaq da, Akif Əliyev bu suala cavab vermək istəmədi və dəstəyi asdı. Sonradan, yaşayış olan evin sökülməsilə bağlı məhkəmə qərarının olub-olmadığını dəqiqləşdirmək üçün, Abşeron RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevlə yenidən əlaqə saxladıq. “Akif müəllim, həmin evin sökülməsi barədə məhkəmə qərarı varmı?” – deyə dəqiqləşdirmək istədik. “Mən orda olmamışam, xəbərim yoxdur, sizə dedim axı…”, – deyə Akif Əliyev cavabdan yayındı. “Ümumiyyətlə, bu proses necə tənzimlənir?” – deyə maraqlandıq. “Bilmirəm, mən heç nə bilmirəm!” – deyə Abşeronun baş memarı cavab verdi. Biz öyrənmək istədik, noyabrın 1-də Qala Zeytunçuluq Sovxozu ərazində baş vermiş bu söküntü işindən Xəzər RİH-in məlumatı varmı? Təəssüflər olsun ki, Xəzər RİH-in informasiya təhlili sektorunun müdiri Babək Mehdiyev dəfələrlə etdiyimiz zənglərin heç birinə cavab vermədi.

O zaman, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə zəng edərək, sözügedən söküntü işiylə bağlı, Abşeron RİH tərəfindən onlara qabaqcadan məlumat verilib-verilmədiyini soruşduq. Xəzər RPİ 1-ci PB-dən Mehdiyev soyadlı növbətçi polis əməkdaşı Qafqaznews.az-a dedi ki, Qala ərazisinə cavabdeh şəxs Vasif Həsənovdur və onunla əlaqə saxlamağımız lazımdır. “Mənə heç bir məktub, heç bir məlumat gəlməyib. Mən o işlə məşğul deyiləm. Mən ümumiyyətlə, başqa işlə məşğul oluram. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin”, – deyə V.Həsənov bizə bildirdi. Noyabrın 10-da araşdırmamızı davam etdirmək məqsədilə, Abşeron RİH-in ərazi idarəetməsi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, Sərviz Süleymanov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Quliyevin müavinidir və onun fikrini soruşmağı məsləhət gördü. Eyni zamanda, A.Məmmədov bildirdi ki, rayonda söküntü işləri ilə ancaq memarlıq və tikinti şöbəsi məşğul olur, bu məsələ başqa şöbələrin səlahiyyətinə daxil deyil. Təəssüf ki, nə İlham Quliyev zənglərimizə cavab verdi, nə də onun müavini Sərviz Süleymanovu iş yerində tapa bildik.

Xəzər RİH başçısı Gülağa İslamovun köməkçisi Hikmət İslamov bildirdi ki, ümumiyyətlə, Xəzər RİH tərəfindən hər hansı ev məhkəmə qərarı olmadan sökülmür. “Yaşayış olan evlərin söküntüsü ancaq məhkəmə qərarı əsasında həyata keçirilir. Sözügedən söküntü hadisəsi barədə məlumatım yoxdur. Bizim tərəfimizdən belə söküntü aparılmayıb”, – deyə H.İslamov vurğuladı. Onun sözlərinə görə, Abşeron RİH-dən Qala Zeytunçuluq Sovxozu ərazisində hər hansı söküntü işləri aparılacağı barədə bildiriş göndərilməyib.

“Ümumiyyətlə, həmin ərazidə rayon sərhədləri dəqiq müəyyənləşməyib. Biz bu məsələni qaldırmışıq, 5-6 ay olar bu istiqamətdə iş gedir. Çünki biz orda hər hansı söküntü işi aparmaq istəyəndə Abşeron RİH-in işçiləri gəlir ki, bura bizim ərazidir. Sərhədlər dəqiqləşsə, hər hansı problem, anlaşılmazlıq olmaz. Bakı Şəhər İcra hakimiyyətinin özü də bunda maraqlıdır” – deyə Xəzər RİH başçısının köməkçisi qeyd etdi. O, evi sökülən vətəndaşlara sənədlərlə Xəzər RİH-in rayon təsərrüfatı şöbəsinə yaxınlaşmağı tövsiyə etdi: “Siz də o şöbəylə əlaqə saxlasanız, sizə daha dəqiq məlumat verərlər”. Biz Xəzər RİH-in rayon təsərrüfatı şöbəsinə aid statisionar nömrələrə zəng etdik, lakin dəstəyi qaldıran olmadı.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR