10 yaşına qədər uşaqların 71 faizi mobil oyunlar oynayır

1481358635_ussssssssssssssss“Momri” müasir media institutu populyar uşaq mobil oyunlarının və inkişaf edən əlavələrin tədqiqatını aparıb.
Nəticədə məlum olub ki, 3 yaşdan 10 yaşa qədər uşaqların 71 faizi mütəmadi olaraq mobil oyunlar oynayırlar.
Tədqiqatda rusiyalı uşaqlar iştirak ediblər. Məlum olub ki, hər bir beşinci uşağın şəxsi mobil cihazı mövcuddur.
3-4 yaş arasında olan uşaqların 49 faizi, 5 yaşdan 8 yaşına qədər olanların 75 faizi, 9 yaşdan 10 yaşına qədər olan uşaqların 84 faizi telefonda oyun oynayırlar. Psixoloqlar tədqiqatın nəticələrini araşdırarkən bildiriblər ki, uşaqları müasir cihazlardan qorumaq olmaz.
“Bir çox valideynlər uşaqları motivasiya etməkdən ötrü suallar verirlər. Cavab belədir ki, keçmişə baxmamaq, məktəbi günahlandırmamaq, yeni texnologiyaların nəbzini tutmaq, birgə oynamaq, təcrübə aparmaq və müzakirə etmək. Yalnız bu halda onlar bizi dinləyəcəklər”, – deyə uşaq və ailə psixoloqu Marina Boqomolova bildirib.
Qeyd edək ki, əksər peşəkar psixoloqlar smartfon və planşetlərin uşaqların inkişafı və boş vaxtının keçirilməsi üçün istifadə edilməsinə tərəfdardır.(Lent.az)
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR