ARB Kəpəz xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.
“NİVA” və “VAZ 21011” markalı avtomobillər toqquşub. “Niva”nın sürücüsü 26 yaşlı Fuad Əliyev hadisə yerində, sərnişini rayon sakini 25 yaşlı Rəşad Kazımov və onun həmyerlisi, “VAZ 21011″-in sürücüsü, 30 yaşlı Elsəvər Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy Rayon Şöbəsində müayinə olunduqdan sonra ailələrinə təhvil verilib. Qəzada ölən Fuad Əliyev Goranboy Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.