ABŞ-ın Müdafiə Nazirliyi “Microsoft”la təqribən 1 mlrd. dollarlıq müqavilə bağlayıb

“Microsoft” şirkəti ABŞ-ın Müdafiə Nazirliyinin İnformasiya Sistemlərinin Müdafiəsi Agentliyinin texniki dəstəklə təmin edilməsi üzrə 927 milyon dollar həcmində müqavilə təklifi alıb.

“Report” xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

Müqavilə 5 il müddətində qüvvədə olacaq.

Müqavilənin şərtlərinə görə, agentlik “Microsoft Enterprise Technical Support Services” (METSS) proqramları üzrə texniki dəstək xidmətlərindən istifadə üçün qeyri-məhdud sayda saziş imzalaya və “Microsoft Blue Badge Cardholder” sazişi üzrə tam məşğulluğun texniki dəstək komandasını ala bilər.

Məlumata görə, bu xidmətlər razılığı yalnız “Microsoft”da olan bağlı kodlara giriş tələb edir və Müdafiə Nazirliyinin məqsədlərinə dəstək üçün təyin edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR