Alimlərdən yeni Qiyamət günü xəbərdarlığı- “Bütün planetlər…”

108904Alimlər Günəş sistemində Günəşə bənzəyən L2 Puppis ulduzunun, ölmədən əvvəl yüz dəfələrlə böyüyərək ətrafındakı planetləri yoxetmə iddiasını irəli sürüblər.
Moderator.az dünyaca məşhur “Astronomiya və astrofizika” jurnalına istinadən xəbər verir ki, Belçika Astronomiya İnstitutunun əməkdaşları super inkişaf etdirilən ALMA teleskopu ilə apardıqları müşahidələrin nəticəsi olaraq L2 Puppis ulduzunun yenidən partlama ehtimalını qeyd ediblər. Belə ki, 5 milyard il bundan əvvəl həmin ulduz yüz dəfələrlə böyüyərək, partladığı zaman  ətrafındakı planetləri  də məhv etmişdi.
Alimlər qrupu adından danışan professor Lin Decin Günəşin məhvolma prosesinin 2 milyard il davam edəcəyini bildirib. Onun sözlərinə görə, o zaman Günəş Merkuri və Veneradan da kiçik səma cismi olacaq.
Hazırda isə Günəş sistemində baş verən izafi parlaqlıq və L2 Puppisin ona olan mənfi təsirləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR