Almaniyada terakt: 12 ölü, 50 yaralı

Ötən gün Almaniyanın paytaxtı Berlində yük maşınını insanların üzərinə sürən şəxsin kimliyi məlum olub.

Trend RİA Novostiyə istinadən bildirir ki, saxlanılan 24 yaşlı Nəvid B. adlı şəxsdir.

———-

10:08

İstintaqçılar hesab edirlər ki, yük avtomobili Berlində yarmarkada kütlənin üstünə bilərəkdən sürülüb.

Trend-in məlumatına görə, bu barədə TASS Berlin polisinə istinadən xəbər verib.

———-

07:55

Berlində naməlum şəxs yük avtomobilini Yeni il yarmarkasında insanların üzərinə sürüb və onları əzib.

Hadisə nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.

———-

00:35

Almaniyanın paytaxtı Berlində yük maşını ilə Yeni il yarmarkası təşkil olunan əraziyə hücum edilib.

Milli.Az BBC-yə istinadla bildirir ki, nəticədə 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
Almaniya polisi olayın terakt olduğunu ehtimal edir.

Qeyd edək ki, yük maşınının sürücüsü qəzadan sonra qaçaraq ərazidən uzaqlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR