Azərbaycanın bir neçə ölkədə səfirləri təyin edilib

Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı da sərəncam imzalayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR