Bakıda dəhşətli qəza: zibilyığan maşın avtomobillərin üstünə çıxdı – FOTOLAR

65500Dünən günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində ağır yol qəzası baş verib. Qafqaznews musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki minik avtomobili yararsız hala düşüb.
Ərazidən zibil daşıyan yük maşınının əyləc sistemi sıradan çıxaraq yol kənarında duran iki avtomobili əzib. Xoşbəxtlikdən avtomobillərin içərisində insan olmayıb. Lakin yol kənarında duran insanlardan biri yüngül xəsarət alıb.Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
65501 65502 65503

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR