Bakıda gənc oğlan “Məni bağışlayın” deyərək intihar edib

Bakıda intihar hadisəsi baş verib
Nəsimi Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Cavadxan küçəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə baş verən zaman R.Məmmədovun atası və anası yatıbmış. O, bacısına “Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın” deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, R.Məmmədov mənzildə ata, ana və bacısı ilə birgə yaşayıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR