Bayram yaxınlaşır, qiymətlər od tutub yanır – Qiymətlər belədir – VİDEO – FOTO

yeniil-4Cürbəcür, müxtəlif ölçülü küknar ağacları, onu bəzəmək üçün oyuncaqlar, işıqlandırıcılar və yeni ilin atributu sayılan şaxta babalar. Bayram yaxınlaşdıqca hər kəs bunları almaq üçün üz tutur satış məkanlarına.

ARB Kəpəz xəbər verir ki, qiymət müxtəlifliyi seçim imkanını artırır.
Pambıq Hacıyev –alıcı: “Yolkanın, oyuncağın qiymətini soruşdum.Qiyməti uyğun gəlmədi. Ala bilmədim, çox bahadır”.

Artıq 5 gündür ki, Gəncənin ticarət obyektlərində, mağazalarda yeni ilin əsas simvollarının satışı həyata keçilir. Yəni, ölçüsünə görə müxtəlif cür küknar və oyuncaqlar, zərlər, işıqlar eləcə də şaxta baba oyuncaqları satışda var. Kənardan bu simvollar insanı özünə cəlb etsə də qiymətlər necə deyərlər, od tutub yanır.

Məzahir Əliyev -alıcı: “Keçən ilə baxanda bu il iki qat bahalıqdır. Məsələn, küknar ağacı keçən il 20 manata idi, indi 40-50 manatdır”.

Yaşar Məmmədov –satıcı: “Keçən ilə baxanda qiymət 25-30 manat arası qalxıb. İşıqlar 3-5 manat arası, küknar 5 manatdan 200 manata kimidir. Oyuncaqların da diametri 6 – 8 sm arası olanların müxtəlif qiymətlidir. Qutusu 1-2 manatdır”.

Rövşən Məhərrəmov -satıcı: “Ötən ilə baxanda qiymət qalxıb. Qabaq 5 manata olan indi 8 manat olub. O, da dollara görə olub”.

Ayın əvvəli olduğundan bəlkə bu qiymətlərlə alış-veriş edən olmasa da yeni ilə yaxın alıcıların fəallığı qiymətdən asılı olmayaraq yaranacaq. Məcburiyyətdən və ya zərurətdən irəli gələrək küknar ağacı, onun bəzədilməsi üçün lazım olan aksessuarların satışında yəqin ki, canlanma olacaq.

yeniil-3 yeniil-5 yeniil-6 yeniil yeniill yenil1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR