“Brent” markalı neftin qiyməti 56 dollara yaxınlaşıb

Bakı vaxtı ilə 8:19-a olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan “Brent” markalı neftin fevral fyuçersləri 1,13 faiz artaraq bir barelə görə 55,55 dollara çatıb.
“Report” xəbər verir ki, bu barədə İnterkontinental birjada keçirilən hərracların nəticələri deməyə əsas verir.
Hərraclar zamanı WTI markalı yüngül neftin qiyməti 0,88 faiz bahalaşıb və bir barel üçün 53,53 dollar təşkil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR